İnsan qardaşlığına xidmət edən liderlik
06.02.2026 [20:33]
Ölkəmizin xarici siyasət kursunun əsas prioritet istiqamətlərindən birini məhz ərəb dövlətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Bu gün müasir dövlət kimi inkişaf edən Azərbaycan öz siyasətində, həmçinin tarixi köklərə istinad edir və ənənələrə, milli-mənəvi dəyərlərə yüksək bağlılıq sərgiləyir. Ölkəmizin ərəb dövlətlərilə münasibətlərinin dərinləşməsinə münbit zəmin yaradan əsas faktorlardan biri məhz tarixi bağlılıq amilidir.
Azərbaycanla ərəb ölkələri arasındakı əlaqələr müxtəlif beynəlxalq platformalarda o cümlədən, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də inkişaf etdirilib. Ərəb ölkələri hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə edib.
Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın tutduğu mövqeyin və ölkə rəhbərliyinin həyata keçirdiyi humanist siyasətin yüksək qiymətləndirilməsidir.Bu mükafat təkcə bir dövlət başçısına verilən fəxri mükafat deyil, zeyni zamanda sülhə, tolerantlığa və insan həmrəyliyinə əsaslanan bir siyasi xəttin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.Bu mükafat Prezident İlham Əliyevin regional və qlobal miqyasda sülhün təşviqi istiqamətində atdığın addımların beynəlxalq ictimaiyyət tərəfindən dəyərləndirilməsidir. Xüsusilə münaqişədən çıxmış bir ölkə kimi Azərbaycanın revanşizmə deyil, ədalətli və davamlı sülhə üstünlük verməsi dövlət başçısının siyasi uzaqgörənliyinin bariz nümunəsidir. Ermənistanla münasibətlərdə səsləndirilən praqmatik sülh mesajları da ümumi humanist yanaşmanın tərkib hissəsidir.
Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə formalaşdırdığı siyasi xəttin və beynəlxalq nüfuzunun parlaq ifadəsi kimi dəyərləndirilməlidir. Dövlət başçısının mükafatı qəbul edərkən etdiyi çıxış Azərbaycanın qlobal siyasi diskursda yalnız regional aktor deyil, həm də dəyərlərə söykənən məsuliyyətli tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir.
Dövlət başçısının çıxışının mühüm siyasi xəttlərindən biri Azərbaycan və Ermənistan arasında sülh mövzusunun daha geniş regional kontekstdə təqdim olunmasıdır. Cənab Prezidentin: “Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq.”- deməsi ölkəmizin sülh prosesinə regional sabitlik və əməkdaşlıq məntiqi ilə yanaşdığını nümayiş etdirir. Dövlət başçısının “biz Ermənistanla sülh şəraitində yaşamağı öyrənirik” fikri isə regionda formalaşan yeni siyasi reallıqların və Azərbaycanın sülh konsepsiyasının aydın ifadəsidir. Bu ifadə əslində ölkəmizin sülhə yanaşmasının əsas fəlsəfəsini ortaya qoyur. Uzun illər davam edən münaqişədən sonra sülhün təmin olunması yalnız hüquqi sənədlərlə məhdudlaşa bilməz. Sülh - zaman, səbr, qarşılıqlı davranış dəyişikliyi tələb edən mürəkkəb bir prosesdir.
Prezident İlham Əliyevin Əbu-Dabidə səsləndirdiyi fikirlər Azərbaycanın sülhə yanaşmasını aydın şəkildə ifadə edir. Bu bəyanat həm də dünyaya ünvanlanıb ki, Azərbaycan sülh istəyən, regional sabitliyi düşünən, məsuliyyətli dövlətdir. Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması Dövlət başçımızın insan qardaşlığına xidmət edən lider olmasını təsdiq edir. Bu bir daha göstərir ki, Azərbaycan yalnız regional güc deyil, eyni zamanda insan qardaşlığı və qarşılıqlı hörmət dəyərlərini təsdiq edən nüfuzlu beynəlxalq aktordur.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29

