YAP ölkəmizin ən güclü və ən nüfuzlu siyasi təşkilatıdır
22.11.2013 [09:25]
Mingəçevirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü qeyd olunub
Noyabrın 20-də Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatında partiyanın yaranmasının 21-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov partiyanın yaranma tarixi, inkişaf mərhələləri və ölkənin ictimai-siyasi həyatındakı misilsiz rolundan danışıb. Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gəlib: “21 il bundan öncə Ulu öndər Heydər Əliyevin yaratdığı, hazırda isə öz sıralarında 600 mindən çox üzvü birləşdirən YAP ölkəmizin ən güclü və ən nüfuzlu siyasi təşkilatıdır. YAP həm də öz fəaliyyətində gənclərin və qadınların irəli çəkilməsinə, onların dövlət idarəçiliyində təmsil olunmasına xüsusi diqqət yetirir. Hazırda YAP üzvlərinin 40 faizini gənclər, 47 faizini isə qadınlar təşkil edir. Ölkəmizin həyatında keyfiyyətcə yeni mərhələnin başlanması, məhz dövlətimizin başçısı İlham Əliyevin yorulmaz fəaliyyəti, dərin zəkası, böyük uzaqgörənliyi ilə sıx bağlıdır”.
Tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, “Yeni, müstəqil Azərbaycan uğrunda!” şüarı ilə siyasi mübarizə meydanına atılan YAP ötən 21 ildə Azərbaycan dövlətçiliyinin güclənməsinə, xalqımızın rifah halının yüksəlməsinə böyük töhfələr verib. Partiya bu gün üzərinə düşən vəzifələrin öhdəsindən yüksək səviyyədə gəlir və müstəqil dövlətimizin daha da güclənməsinə var gücü ilə xidmət edir. Ümummilli lider Heydər Əliyevin yaratdığı, təşkilatlandırdığı, qurduğu YAP Ulu öndərin müdrik dövlətçilik kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında həyatımızın bütün sahələrində böyük uğur və nailiyyətlər qazanır: “Məhz buna görə oktyabrın 9-da keçirilən prezident seçkilərində YAP-ın Sədri cənab İlham Əliyev inamla qələbə qazandı”.
Sonda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və YAP-nın yaranmasının 21 illiyinə, həmçinin, şəhər təşkilatının işində fəal iştirakına görə bir neçə partiya üzvünə partiya təşkilatının fəxri fərmanları təqdim edilib.
NADİR
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

