Müşfiqabad qəsəbəsində “Tarix danışır: Xocalı” adlı anım tədbiri keçirilib
25.02.2026 [18:29]
2026-cı il fevralın 25-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən 274 nömrəli tam orta məktəbdə “Tarix danışır: Xocalı” adlı geniş anım tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mövzu ilə əlaqədar nümayiş etdirilən videoçarxda 1992-ci il fevralın 26-da baş vermiş faciə barədə tarixi faktlar, o ağır günlərin acı reallıqları, günahsız insanların üzləşdiyi müsibətlər sənədli kadrlar və arxiv görüntüləri vasitəsilə təqdim olunub.
Torpaqlarımızın uzun illər işğal altında qalması, xalqımızın ədalət uğrunda apardığı mübarizə və nəhayət, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xüsusi vurğulanıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Qələbə, işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması qürur hissi ilə nümayiş etdirilib. Videoçarx Xocalı sakinlərinin doğma torpaqlarına qayıdışı, yenidən qurulan evlər, bərpa olunan həyat və ümid dolu görüntülərlə yekunlaşıb.
Tədbirdə məktəbin direktoru Nəriman Mürsəliyev 34 il əvvəl erməni separatçıları tərəfindən törədilmiş Xocalı soyqırımı barədə məlumat verərək, bu faciənin qisasının artıq alındığını qeyd edib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov Xocalı həqiqətlərinin unudulmamasının və gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb. Faiq Qurbanov xatırladıb ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymət ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilib. Belə ki, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edilib. Ümummilli Liderin 1997-ci il fevralın 25-də imzaladığı fərmanla hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi təsbit olunub.
YAP Qaradağ rayon təşkilatı sədrinin müavini vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə ilə torpaqlarımız işğaldan azad edilib. Bu Qələbə həm də Xocalı şəhidlərinin qisasının alınması və ədalətin bərpası demək idi. Dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, həyat yenidən həmin torpaqlara qayıdır. Bu isə şəhidlərimizin ruhuna göstərilən ən böyük ehtiramdır.
Faiq Qurbanov həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının faciənin dünya ictimaiyyətinə çatdırılması və tanıdılması istiqamətində mühüm rol oynadığını diqqətə çatdırıb.
Daha sonra məktəbin tarix müəllimi Aqiyə Zaidova çıxış edərək faciənin tarixi mahiyyətini faktlar əsasında izah edib və Xocalı həqiqətlərinin daha geniş yayılmasının əhəmiyyətini vurğulayıb.
Tədbirdə şagirdlərin ifasında səsləndirilən vətənpərvərlik mahnıları, Xocalıya həsr olunmuş şeirlər kövrək, lakin ümid dolu misralarla faciənin ağrısını, şəhidlərin əziz xatirəsini və xalqımızın sınmaz iradəsini ifadə edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

