Azərbaycan Liderinin 4 qızıl qaydası
03.03.2026 [08:19]
Qlobal kataklizmlər fonunda ölkəmizi sabitlik adasına, Cənubi Qafqazı isə işbirliyi məkanı və geosiyasi cazibə mərkəzinə çevirib
Müasir beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verir. XXI əsrin üçüncü onilliyində - qlobal kataklizmlər, çoxsaylı təhdid və çağırışlar fonunda dünyanın geosiyasi mənzərəsi olduqca mürəkkəb və ziddiyyətlidir. İqtisadi tənəzzül, qeyri-sabitlik, kənar müdaxilələrin acı nəticələri və digər mənfi hallar müxtəlif ölkələr və bölgələrin real durumunu əks etdirir. Bu xüsusda “rəngli ssenari”lər, iğtişaşlar, inqilablar, çevrilişlər, üsyanlar bir sıra regionlar üçün siyasi ənənəyə çevrilib - faktiki olaraq xroniki geosiyasi xəstəlik halını alıb.
Tarix ilə coğrafiyanın qovuşuğunda, yaxud mürəkkəb coğrafiyada tarix yazan Azərbaycan
XVIII əsr maarifçi - filosofu Şarl Monteskye qeyd edir ki, coğrafiya xalqların taleyidir. Amma dövlətlər dünyaya yazılı tale ilə gəlmirlər. Çünki ərazi mühüm amil olsa da, həlledici deyil.
Böyük dövlətlərin təcrübəsi ilə yanaşı, dünyada mütərəqqi model kimi qəbul və təqdir edilən Azərbaycan nümunəsi də var. Ölkəmizin coğrafi mövqeyi kimi, Cənubi Qafqaz regionunun reallıqları da bəllidir. Azərbaycan maraqların toqquşduğu, kəsişdiyi - uzlaşdığı bölgədə müxtəlif “geosiyasi tamah” sahiblərinin maraq obyektindədir. Bir sıra coğrafi cəhətlərdən “geostrateji rüzgar”lar zaman-zaman sərt “hava kütləsi” kimi ölkəmizə də yönəlir: müxtəlif mexanizmlər işə salınır, fərqli vasitələrdən - alətlərdən istifadə olunur, Azərbaycanı hansısa güzəştə məcbur etməyə çalışırlar.
Belə bir çətin şəraitdə ölkədə sabitliyi, həmrəyliyi qoruya, üçrəngli bayrağımızı bütün suveren ərazilərimizdə dalğalandıra, uzun müddət işğal altında qalmış torpaqlarımızı hərbi-siyasi əsarətdən xilas edərək azad və abad məkana çevirə bilmişik. İndi dövlətçiliyin daha bir işlək marşrutu - Zəfər yolu hərbi müstəvidə qazanılmış Qələbəni diplomatik-siyasi arenada və quruculuq meydanında möhkəmləndirmək, iqtisadi gücümüzü, ictimai immunitetimizi artırmaq, siyasi üstünlüyümüzü və beynəlxalq mövqeyimizi gücləndirmək üçün dayanıqlı zəmin rolunu oynayır.
Lider fenomeni və güclü dövlət - müasir Azərbaycan gerçəkliyi
Dünyada indiyə qədər çox sayda münaqişə və müharibələr baş verib. Öz müstəqilliyini, ərazi bütövlüyünü qorumaq və suverenliyini bərpa etmək üçün milli mübarizəyə qalxan millətlər heç də həmişə qalib olmayıblar. Yalnız qətiyyətli lideri olan və milli birliyə nail olmuş xalqlar haqq-ədaləti təmin edə biliblər.
Prezident İlham Əliyevin güclü dövlət konsepsiyası Azərbaycanı xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, qarşıdurma məkanına çevrilməkdən xilas edərək sabitlik və inkişaf məkanı kimi şanlı Zəfər zirvəsinə yüksəldib. Dövlət başçısının qətiyyətli liderliyi və xalqımızın həmrəyliyi sayəsində tarixi ədaləti bərpa edən Azərbaycan bu gün dünyada söz və nüfuz sahibi olan etibarlı tərəfdaş, regionun lider ölkəsi kimi diqqət mərkəzindədir.
Strateji təmkin: milli maraqları təmin edən mühüm faktor
Azərbaycan kimi uzun müddət işğal, bölücülük və ikili standartlardan əziyyət çəkən bir çox dövlət, o cümlədən postsovet ölkələri mövcuddur. Hər birinin özünəməxsus iqtisadi, hərbi-strateji potensialı, demoqrafik və geosiyasi resursları var. Amma regionda mürəkkəb beynəlxalq vəziyyətdə, çətin şərtlər və şərait fonunda haqq işini Qələbə ilə yekunlaşdıran, separatizm kimi “geopolitik xərçəng daşıyıcısı olan hüceyrələrin metastazı”nın qarşısını alaraq dövlətin vahid siyasi orqanizm olaraq bütöv sağlamlığını təmin edən ölkə məhz Azərbaycandır. Uzun müddət bölgədə kök salmış neqativ vəziyyətdən istifadə etməyə çalışan məkrli qüvvələrin - geosiyasi avantüristlərin planlarını pozaraq - niyyətlərini iflasa uğradaraq işğal faktını aradan qaldırmaq, sadəcə olaraq, fövqəladə nailiyyətdir.
Tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir. İndi Azərbaycanın praqmatik və konstruktiv siyasəti, diplomatik müstəvidə çoxkombinasiyalı strateji gedişləri sayəsində bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşır. Avrasiyanın “heartland” nöqtələrindən hesab olunan Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü regionda əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar meydana çıxır ki, bu da bütün tərəflər üçün faydalı və perspektivlidir.
Ötən il avqust ayının 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən Birgə Bəyannamənin imzalanması sülh prosesinin irəliyə aparılması baxımından böyük dəyərə malik olmaqla postmüharibə dövründə regionda mühüm tarixi dönəmin başlanmasını şərtləndirib. İkiqütblü dünya nizamının sıradan çıxmasından sonra, yəni ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlindən bugünədək Cənubi Qafqazda hökm sürən de-fakto müharibə vəziyyəti Azərbaycanın regional sabitlik, təhlükəsizlik və işbirliyinə hədəflənən sülh diplomatiyası sayəsində qeyri-müharibə şəraitinə transformasiya olunub. Artıq 44 günlük müharibədən sonra münaqişənin guya hələ də mövcud olması ilə bağlı süni gündəm və görüntü yaratmağa çalışan, siyasi və informasiya təxribatları törədən bəzi xarici mərkəzlər belə, bu cəhdlərdən imtina etmək məcburiyyətində qalıblar.
Bütün bunlar Prezident İlham Əliyevin milli maraqlara və qlobal çağırışlara söykənən strateji kursunu 4 qızıl qayda əsasında müəyyənləşdirməsi sayəsində mümkün olub:
- Vaxtı düzgün seçmək;
- avantüraya getməmək;
- ölkəni risk altına salmamaq;
- mümkün dərəcədə - maksimum uğura nail olmaq.
Bakı regionun diplomatiya paytaxtı kimi...
Azərbaycan Prezidenti müdrik dövlət xadimi, təcrübəli siyasətçi, qətiyyətli lider kimi yeni mərhələdə də vaxtı düzgün seçir: ölkəmiz nə tələsir, nə gecikir - hər şey vaxtında! Təxribatlara, sabotajlara, prosesləri pozmaq cəhdlərinə, süni müdaxilələrə, ikili standartlara baxmayaraq, strateji təmkinə əsaslanan siyasi kursun reallaşdırılması nəticəsində Bakının mövqeyinə üstünlük - rəyinə müstəsna önəm verilir:
- Azərbaycana etibarlı tərəfdaş kimi böyük inam və etimad var. Ölkəmiz bu gün bir-biri ilə əks mövqelərdə - zidd geosiyasi qütblərdə dayanan tərəflərlə belə gərginliyə malik deyil, əksinə, qarşılıqlı faydalı və bərabərhüquqlu tərəfdaşlığa sahibdir;
- Azərbaycan dialoq və işbirliyi məkanı olduğunu təsdiqləyib. Bu vaxta qədər güc mərkəzlərinin nümayəndələrinin bir çox görüşləri məhz Bakıda baş tutub, regional və beynəlxalq təhlükəsizliyə dair mühüm müzakirələr Azərbaycanın paytaxtında aparılıb. Dialoq və əməkdaşlıq məkanı olan Bakı artıq Cənubi Qafqazın diplomatiya paytaxtı kimi xarakterizə edilir;
- Azərbaycan daim beynəlxalq hüquqa hörmət olunmasının tərəfdarıdır. Uzun müddət Ermənistanın işğalçı və terrorçu siyasətindən əziyyət çəkən Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına riayət edilməsini vacib prinsip kimi əsas götürüb və bu, indi də dəyişməz xarici siyasət paradiqmasıdır.
Nəticə etibarilə, Azərbaycan Liderinin 4 qızıl qaydası qlobal kataklizmlər fonunda ölkəmizi sabitlik və təhlükəsizlik adasına, Cənubi Qafqazı isə geosiyasi cazibə mərkəzinə çevirib.
Nurlan QƏLƏNDƏRLİ,
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

