YAP Göygöl rayon təşkilatının təsis edilməsinin 33 ili tamam olub
04.03.2026 [15:48]
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının yaradılmasının 33 illiyi münasibətilə “Güclü dövlət, sivil cəmiyyət və milli maraqlar naminə 33 il” adlı tədbir keçirilib.
YAP Göygöl rayon təşkilatının binasında keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP “91-lər” hərəkatının və Veteranlar Şurasının üzvü Tahir Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamran Bayramov, YAP Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb. Tədbirdə müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yolu əks etdirən video-çarx nümayiş etdirilib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov giriş nitqi ilə çıxış edərək YAP Göygöl rayon təşkilatının yaranmasının 33 illiyi münasibətilə tədbir iştirakşılarını təbrik edib və Yeni Azərbaycan Partiyasının ölkəmizin hər bir uğurunda xüsusi payı olduğunu vurğulayıb. Partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək, ilk gündən tutduğu yola, əqidəyə sadiqlik nümayiş etdirməsi, onun ümumxalq partiyası kimi nüfuz qazanmasını şərtləndirdiyini bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətdə böyük nüfuza malik olan insanları birləşdirir, xalqın arzu və istəklərinin həyata keçirilməsinə öz töhfələrini verir. Vüqar Novruzov Prezident İlham Əliyevin müdrik idarəçiliyi ilə qəbul edilən strateji qərarların regionda sabitliyin qorunmasına, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə böyük töhfələr verdiyini bildirib, sürətlə inkişaf edən ölkəmizi uğurlu gələcəyə aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiyini və böyük əzmlə dövlətin və xalqın mənafeyi naminə səy göstərdiyini diqqətə çatdırıb.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev məruzə ilə çıxış edərək ölkəmizin və xalqımızın çətin bir durumda olduğu zaman Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən və fəaliyyəti dövründə Respublikamızın siyasi həyatında əvəzsiz rolundan danışıb, 740 mindən çox üzvü olan YAP sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin Ulu Öndər Heydər Əliyev ideyalarına etimadın və ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasətinə ümumxalq dəstəyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyası təsis olunduqdan sonra ilk yaranan təşkilatlardan olan YAP Göygöl rayon təşkilatının fəaliyyətindən bəhs edən Vüqar İsayev rayon təşkilatının dövlətçilik ənənələrinin qorunması və milli maraqların müdafiəsi istiqamətində ardıcıl fəaliyyət göstərməsindən, həyata keçirdiyi tədbirlərdən, qarşıda duran vəzifələrdən danışıb və tədbir iştirakçılarını rayon təşkilatının yaranmasının 33 illiyi münasibətilə təbrik edib.
YAP “91-lər” hərəkatının və Veteranlar Şurasının üzvü Tahir Məmmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranması zərurətindən danışıb, həmin vaxt baş verən proseslərin şahidi olaraq görülən işlər və hadisələr haqqında xatirələrini bölüşüb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratmaqla ölkəmizdə ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, dövlətçiliyin möhkəmlənməsinə, iqtisadi dirçəlişə və davamlı tərəqqiyə zəmin yaratdı. Qeyd edib ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası milli maraqlara əsaslanan idarəçilik modelini formalaşdırdı. Ümummilli Lider Heydər Əliyevin siyasi kursu bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə qətiyyətlə davam etdirilir, ardıcıl islahatlar və məqsədyönlü qərarlar sayəsində ölkəmiz dinamik inkişaf mərhələsini yaşayır. Əldə olunan nailiyyətlər dövlət müstəqilliyinin daha da güclənməsinə, sosial rifahın yüksəlməsinə və beynəlxalq mövqelərin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamran Bayramov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli inkişaf yolu keçdiyini, yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edərək, qısa zaman kəsiyində ümumxalq rəğbətini qazandığını bildirib. Vurğulayıb ki, Yeni Azərbaycan Partiyası tarixin sınaqlarından şərəflə çıxan, qələbələr partiyası kimi nüfuz qazanan bir ümumxalq partiyasıdır. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan yolda hər bir Azərbaycan vətəndaşı YAP Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın mənafeyi naminə səy göstərir. Ölkəmizdə möhkəm təməllərə üzərində qurulan xalq-iqtidar birliyi əbədidir.
Partiya veteranı Ofeliya Rəhimova, YAP Gənclər Birliyinin üzvü Fərid Dünyamalıyev və digərləri çıxış edərək Ümummilli Lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi ilə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mühüm uğurlar qazandığını, yüksək zirvələri fəth etdiyini və xalqımızın tarixi zəfərlərə nail olduğunu bildiriblər. Natiqlər bütöv bir xalqın istəyi ilə yaranan Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətindən bəhs ediblər.
Tədbirin sonunda rayon partiya təşkilatının ictimai-siyasi həyatında fərqlənən partiya fəallarından bir qrupuna YAP Göygöl rayon təşkilatının “Fəxri fərmanları” və partiya sıralarına yeni qəbul olmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.
Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə bağlı elan olunub.
Xəbər lenti
Hamısına baxGündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12
Dünya
15 Aprel 17:12
İqtisadiyyat
15 Aprel 16:59
Sosial
15 Aprel 16:53
Sosial
15 Aprel 16:50
YAP xəbərləri
15 Aprel 16:33
YAP xəbərləri
15 Aprel 16:13
Xəbər lenti
15 Aprel 16:06
Siyasət
15 Aprel 16:06
YAP xəbərləri
15 Aprel 15:54
Dünya
15 Aprel 15:43
Dünya
15 Aprel 15:29
YAP xəbərləri
15 Aprel 15:18
Dünya
15 Aprel 14:45
Siyasət
15 Aprel 14:43
Dünya
15 Aprel 14:28
YAP xəbərləri
15 Aprel 14:22
YAP xəbərləri
15 Aprel 14:11
YAP xəbərləri
15 Aprel 14:01
Dünya
15 Aprel 13:40
Sosial
15 Aprel 13:38
YAP xəbərləri
15 Aprel 13:31
Mədəniyyət
15 Aprel 12:49
Gündəm
15 Aprel 12:41
Sosial
15 Aprel 12:18
YAP xəbərləri
15 Aprel 11:34
İqtisadiyyat
15 Aprel 11:26
İqtisadiyyat
15 Aprel 11:25
İqtisadiyyat
15 Aprel 11:25
Sosial
15 Aprel 11:24

