Ölkəmiz qlobal enerji xəritəsində enerji mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir
04.03.2026 [15:42]
Məlumdur ki, Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində etdiyi çıxış Azərbaycanın müasir dünya enerji xəritəsində tutduğu mövqeni və qarşıdakı onilliklər üçün müəyyənləşdirdiyi strateji yol xəritəsini aydın şəkildə ortaya qoyur. Bu nitq təkcə görülən işlərin hesabatı deyil, eyni zamanda ölkənin enerji diplomatiyasının yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu təsdiqləyən siyasi bəyanatdır. Yeri gəlmişkən, Prezidentin çıxışında diqqətçəkən məqamlardan biri Azərbaycan qazını idxal edən ölkələrin sayının 16-ya çatmasıdır.
Qeyd etmək lazımdır ki, xüsusilə boru kəmərləri vasitəsilə qaz tədarükünün coğrafiyasına görə Azərbaycanın dünyada aparıcı mövqeyə yüksəlməsi Bakının etibarlı və uzunmüddətli tərəfdaş statusunu möhkəmləndirir. Tədarük marşrutlarının Avropa hüdudlarını aşaraq Suriya kimi regionlara qədər genişlənməsi isə Azərbaycanın yalnız kommersiya maraqları ilə deyil, eyni zamanda sosial və humanitar məsuliyyət amili ilə çıxış edən enerji aktoru olduğunu göstərir.
Onu da qeyd edək ki, Prezident çıxışında yaxın perspektiv üzrə konkret hasilat hədəfləri də açıqlanir. Bunlara “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarının işlənməsi, “Abşeron” yatağının ikinci mərhələsi çərçivəsində hasilatın üç dəfə artırılması, eləcə də “Şahdəniz” və “Ümid” yataqları üzrə yeni mərhələlərin reallaşdırılması daxildir. Bu layihələr hesabına qaz hasilatının əlavə olaraq 10 - 15 milyard kubmetr artırılması proqnozlaşdırılır. Bununla yanaşı, dövlət başçısı prinsipial bir məqama diqqət çəkir: Artan hasilat yalnız o halda real iqtisadi effekt verə bilər ki, Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyəti artırılsın və interkonnektor şəbəkəsi genişləndirilsin. Bu isə enerji diplomatiyasının növbəti mərhələdə daha intensiv koordinasiya tələb edildiyini göstərir. Çıxışda yaşıl enerji keçidi ayrıca və strateji prioritet kimi təqdim olunur. Azərbaycan zəngin qaz ehtiyatlarına malik olsa da, enerji siyasətini yalnız ənənəvi enerji resursları üzərində qurmaq niyyətində deyil. “ACWA Power” və “Masdar” kimi qlobal şirkətlərlə əməkdaşlıq, 2032-ci ilə qədər 6 - 8 giqavat bərpaolunan enerji gücünün yaradılması hədəfi ölkənin ekoloji öhdəliklərinə və uzunmüddətli enerji transformasiyasına sadiqliyini nümayiş etdirir. Prezidentin vurğuladığı “praqmatizm və realizm” yanaşması – yəni qaz və yaşıl enerjinin paralel inkişafı – hazırkı qlobal enerji böhranı fonunda ən rasional model kimi qiymətləndirilə bilər".
Məlum olduğu kimi, ölkəmiz artıq yalnız xammal ixracatçısı deyil, həm də beynəlxalq enerji infrastrukturunda pay sahibi və investor kimi çıxış edir. Türkiyədə 870 MVt gücündə elektrik stansiyasının alınması, Serbiya ilə yeni elektrik stansiyasının tikintisinə dair razılaşma, həmçinin İtaliya və Türkiyədə ümumi gücü 22 milyon ton olan neftayırma müəssisələrində iştirak ölkənin enerji zəncirinin müxtəlif həlqələrində mövqelərini gücləndirir. Bu strategiya gəlir mənbələrinin şaxələndirilməsinə və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun sistemli şəkildə artmasına xidmət edir.
Yeri gəlmişkən, qeyd edək ki, ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində enerji, süni intellekt və data mərkəzləri sahəsində əməkdaşlıq perspektivlərinin genişlənməsi isə Azərbaycanın enerji siyasətini texnoloji modernizasiya ilə uzlaşdırmaq niyyətini göstərir. Dünyanın aparıcı gücü ilə bu səviyyəli tərəfdaşlıq ölkənin regional geosiyasi çəkisini daha da artırır və enerji təhlükəsizliyini milli təhlükəsizlik konsepsiyası ilə birbaşa əlaqələndirir.
Ən əsası, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji suverenliyinin möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərin hidroenerji potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi və Xəzər hövzəsini Avropa ilə birləşdirən “yaşıl körpü” modelinin formalaşdırılması istiqamətində ardıcıl siyasi iradəni əks etdirir.
Emin Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə “Azərişıq” ASC Qərb RETSİ-nin Göygöl Elektrik şəbəkəsi ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

