Azərbaycan enerji ehtiyatlarının etibarlı tranzit yolu
10.03.2026 [11:21]
Azərbaycan zəngin təbii ehtiyatlara, xüsusilə neft və təbii qaz resurslarına malik olan ölkələrdən biridir. Coğrafi mövqeyinə görə ölkəyə mühüm strateji üstünlük verir və Azərbaycan Avropa ilə Asiya arasında yerləşir. Məhz bu üstünlük nəticəsində Azərbaycan yalnız enerji ehtiyatlarının istehsalçısı deyil, həm də onların beynəlxalq bazarlara daşınmasında etibarlı tranzit ölkəsi kimi çıxış edir. Enerji layihələri və boru kəmərləri vasitəsilə Azərbaycan regionun enerji təhlükəsizliyinin bərpa edilməsində mühüm rol oynayır.
Azərbaycanın enerji siyasəti müstəqillik dövründən etibarən ölkənin iqtisadi inkişafının əsas istiqamətlərindən biri olmuşdur. Xəzər dənizində yerləşən zəngin neft və qaz yataqlarının işlənməsi nəticəsində ölkənin enerji gücü daha da artmışdır. Bu ehtiyatların dünya bazarına çıxarılması üçün bir sıra böyük beynəlxalq layihələr həyata keçirilmişdir. Azərbaycanın həyata keçirdiyi enerji strategiyası Xəzər regionun enerji ehtiyatlarının dünya bazarına çıxarılmasına geniş imkanlar yaradır. Müasir neft və qaz kəmərləri vasitəsilə enerji resurslarını təhlükəsiz və fasiləsiz şəkildə müxtəlif ölkələrə göndərir. Bu layihələr dünya ölkələri arasında iqtisadi əməkdaşlığın güclənməsinə və enerji təhlükəsizliyinin təmin olunmasına mühüm faktordur.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Cənubi Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən Nazirlərin XII iclasında etdiyi çıxışında Azərbaycanın enerji ehtiyatlarının etibarlı tranzit ölkəsi kimi rolunu xüsusi vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan beynəlxalq enerji layihələrinin həyata keçirilməsində etibarlı tərəfdaş kimi tanınır və ölkəmiz enerji resurslarının təhlükəsiz və davamlı şəkildə daşınmasına töhfə verir.
Cənab Prezident çıxışında həmçinin vurğulamışdır ki, həyata keçirilən enerji layihələri regionda sabitliyin və iqtisadi inkişafın təmin olunmasına xidmət edir. Azərbaycanın enerji siyasəti qarşılıqlı və etibarlı əməkdaşlıq prinsipinə əsaslanır. Azərbaycanın tranzit ölkə kimi tanınan əsas işlərdən biri də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin olmasıdır. Bu kəmər köməyi ilə Xəzər ətrafında çıxan neft Gürcüstan və Türkiyə ərazisindən keçərək Aralıq dənizinə və oradan da dünya bazarlarına gedir.Bu layihə region ölkələri arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsinətöhfə verir.
Digər mühüm layihə isə Cənub Qaz Dəhlizidir. Bu layihə vasitəsilə Azərbaycan qazı Avropa ölkələrinə ixrac olunur. Bu dəhlizə TANAP və TAP kimi boru kəmərləri daxildir. Bu layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına və enerji mənbələrinin şaxələndirilməsinə böyük töhfə verir.Azərbaycan yalnız öz enerji ehtiyatlarını deyil, həm də digər region ölkələrinin enerji resurslarının daşınmasında mühüm tranzit rolunu oynayır. İnkişaf etmiş nəqliyyat və enerji infrastrukturu ölkənin bu sahədə etibarlı tərəfdaş kimi tanınmasına səbəb olmuşdur.
Azərbaycan enerji ehtiyatlarının hasilatı ilə yanaşı, onların təhlükəsiz və etibarlı şəkildə dünya bazarına çatdırılmasını təmin edən mühüm tranzit ölkələrdən biridir. Bu rol ölkənin iqtisadi inkişafına, beynəlxalq nüfuzunun artmasına və regionda digər enerji təhlükəsizliyinin möhkəmlənməsinə böyük töhfə verir.
Fatimə Səfərova
YAP Naxçıvan şəhər təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

