31 Mart soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən qanlı faciədir
31.03.2026 [15:04]
Çoxəsrlik tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının tarixində bir çox qürurverici, parlaq səhifələrlə yanaşı qara səhifələr də olmuşdur. Məhz bəşəriyyətə qarşı ən qatı cinayət sayılan 31 Mart soyqırımı da bu qara səhifələrdəndir. Xalqımızın zaman-zaman üzləşdiyi faciələr sırasında 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi amansızlıqla törədilmiş kütləvi qırğınlar xüsusi qəddarlığı ilə seçilir. Buqələmun kimi cilddən-cildə girməyi yaxşı bacaran erməni millətçiləri bu dəfə həmin dövrdə regionda yaranan vəziyyətə uyğun olaraq bolşevizm ideyalarından sui-istifadə etdilər. Sıralarında çoxlu sayda erməninin “lövbər” saldığı Bakı Kommunası əks-inqilabçılara qarşı mübarizə şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başladı.
Mart ayının son üç günü ərzində təkcə Bakıda təxminən otuz mindən çox azərbaycanlı ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirildi. Eyni zamanda, şəhər camaatının o dövrün pulu ilə 400 milyon manatlıq daş-qaşı və əmlakı qarət edildi. Mart soyqırımı zamanı ermənilər Bakıda azərbaycanlı-müsəlman əhalisini soyqırıma məruz qoyduqları kimi, mədəniyyət abidələrimizi, qəbiristanlıqları, məscidləri, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Azərbaycanda 1918-ci il martın sonu və aprelin əvvəlində ermənilər tərəfindən törədilən qırğınların coğrafiyası yalnız Bakı ilə məhdudlaşmayıb, respublikanın bir sıra bölgələrini də əhatə edib. Arxiv sənədlərində göstərilir ki, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə də azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilib. O cümlədən Şamaxıda 58 kənd dağıdılıb, 7000 insan xüsusi qəddarlıqla öldürülüb. Qubada 122, Qarabağda 150, Zəngəzurda 115 kənd yerlə-yeksan edilib. Ümumiyyətlə, ermənilərin 1918-ci ilin yazında Bakıda və bölgələrdə törətdikləri qırğınlar nəticəsində aralarında çoxlu sayda uşaq, qadın, qoca olmaqla 50 mindən çox soydaşımız həyatını itirib.
31 mart soyqırımına siyasi və hüquqi qiymət verilməsi erməni vəhşilikləri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük önəm daşıyır. Tarix boyu saysız-hesabsız cinayətlərə, terror hadisələrinə, qətliamlara əl atan, yerləşdikləri ərazilərdə etnik təmizləmə aparan, başqa xalqların, o cümlədən də azərbaycanlıların mədəni irsinə sahib çıxmağa çalışan ermənilər, bir qayda olaraq beynəlxalq miqyasda özlərinin məzlum obrazlarını yaratmağa cəhd göstəriblər. Onlar hər vəchlə ona nail olmaq istəyiblər ki, törətdikləri çirkin əməllər unudulsun, dünya xalqları ermənilərin Cənubi Qafqazın aborigen sakinləri olduqlarına, burada hansısa bir mədəniyyət yaratdıqlarına inansın. Bundan ötrü ermənilər min cür fərziyyələr uydurub, havadarlarının köməyi ilə yalan üzərində qurulmuş təbliğat aparıblar.
Sovet hakimiyyəti illərində 1918-ci ilin yazında xalqımıza qarşı törədilən vəhşiliklər cəmiyyətə tamam başqa rakursdan təqdim edilirdi. Soyqırımının təşkilatçıları lənətlənmək əvəzinə, qəhrəmanlar kimi dərsliklərdə təbliğ edilirdi, onlara heykəllər ucaldılır, şənlərinə mahnılar bəstələnirdi. Müstəqilliyimizin ilk illərində zorla hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarı da bəhs olunan soyqırımı hadisəsinə hüquqi-siyasi qiymət verməyə tələsmədi. Halbuki, ermənilərin Respublikamıza qarşı yeni ərazi iddiaları ilə çıxış etdikləri, elan olunmamış müharibəyə başladıqları bir dövrdə bu, çox vacib idi. Yalnız xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanın siyasi rəhbərliyinə gələn Ümummilli Lider Heydər Əliyev Ermənilərin 1918-ci ilin martında azərbaycanlılara qarşı törətdilən soyqırımına ilk dəfə hüquqi və siyasi qiymət verilməsi üçün 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq Fərman imzaladı və 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edildi ki, bu da erməni vəhşilikləri haqqında həqiqətlərin bütün dünyaya yayılması baxımından böyük önəm daşıyır.
Eyni zamanda, Prezident İlham Əliyev 18 yanvar 2018-ci il tarixində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sənəddə bildirilir ki, ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir. Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib.
Xüsusi vurğulamaq yerinə düşər ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Heydər Əliyev Fondu çox mühüm rol oynayır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir.
Bizim siyasi-diplomatik və informasiya-təbliğat mübarizəsi sahəsində görməli olduğumuz işlər çoxdur. Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, Mart soyqırımının məkrli erməni faşizminin törətdiyi ən qanlı faciə olduğunu beynəlxalq aləmə çatdırmaq və Soyqırımın bütün dünya dövlətləri tərəfindən tanınmasını birmənalı olaraq təmin etməkdir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

