Sülh gündəliyinin yeni mərhələsi: uğurlu diplomatiyanın reallıqları
07.05.2026 [10:27]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Prezident İlham Əliyevin 4 may tarixində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı post-münaqişə mərhələsində regionda yaranmış yeni siyasi reallıqları, sülh prosesinin konkret nəticələrini və beynəlxalq platformalarda formalaşan yanaşmaları sistemli şəkildə əks etdirir. Bu çıxış həm də sülhün artıq praktik mərhələyə keçdiyini göstərən mühüm amil kimi dəyərləndirilir.
Diqqətçəkən məqamlardan biri “Avropa Siyasi Birliyi” çərçivəsində balanslı yanaşmanın qorunması ilə bağlı irəli sürülən təşəbbüslər idi. 2026-cı ilin mayında Zirvə görüşünün Ermənistanda keçirilməsi ideyasının dəstəklənməsi və eyni zamanda növbəti toplantılardan birinin 2028-ci ildə Azərbaycanda təşkili ilə bağlı təklifin qəbul olunması qarşılıqlı etimad mühitinin formalaşdığını ifadə edir. Ermənistanın bu təşəbbüsü dəstəkləməsi isə xüsusi əhəmiyyət kəsb edir. Bu amil tərəflər arasında münasibətlərin normallaşması istiqamətində real irəliləyişin göstəricisidir.
Prezident İlham Əliyevin çıxışında sülhün konkret nəticələri xüsusi olaraq ön plana çəkilir. Tranzit məhdudiyyətlərinin birtərəfli qaydada aradan qaldırılması regionda yeni iqtisadi mərhələnin əsasını qoyub. Bu qərarın nəticəsi kimi Azərbaycan vasitəsilə Ermənistan istiqamətində 28 min ton yükün daşınması təmin edilib. Bu, yalnız statistik göstərici deyil, həm də etimadın və qarşılıqlı əməkdaşlığın real ifadəsidir. Bununla yanaşı, enerji sahəsində ilk dəfə olaraq neft məhsullarının – benzin və dizelin ixracına başlanılması ticarət münasibətlərinin formalaşdığını nümayiş etdirir. 12 min ton həcmində həyata keçirilmiş bu ixrac iqtisadi inteqrasiyanın ilkin mərhələsi kimi dəyərləndirilir. Sülh prosesi yalnız siyasi razılaşmalarla məhdudlaşmır, eyni zamanda iqtisadi və logistik sahələrdə konkret nəticələr doğurur, məhz bu yanaşma uzunmüddətli sabitliyin əsas təminatıdır.
2025-ci ilin avqustun ayında Vaşinqtonda imzalanmış Birgə Bəyannamə sülh prosesinin beynəlxalq səviyyədə təsdiqi kimi çıxış edir. Xarici işlər nazirləri tərəfindən sülh sazişinin mətninin paraflanması isə tərəflərin siyasi iradəsinin konkret göstəricisidir. Sülh artıq əldə olunmuş reallıq kimi qəbul edilir və bu faktor gündəlik əməkdaşlıq müstəvisində özünü göstərir.
Sülhün yaratdığı yeni imkanlar sırasında nəqliyyat və logistika layihələri xüsusi yer tutur. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi təqdim olunan təşəbbüs ərazini Naxçıvanla birləşdirəcək və eyni zamanda, Orta Dəhlizin tərkib hissəsinə çevriləcək. Bu layihə regionun tranzit potensialını artırmaqla yanaşı, Avrasiya məkanında alternativ nəqliyyat marşrutlarının formalaşmasına töhfə verir. Beləliklə, region qlobal iqtisadi sistemdə daha mühüm mövqe qazanır.
Dövlət başçısının çıxışında bəzi beynəlxalq qurumların - Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının fəaliyyəti ikili standartlar kontekstində dəyərləndirilib. Uzun illər ərzində heç bir məhdudiyyət tətbiq olunmadığı halda, AŞPA tərəfindən 2023-cü ilin sentyabr hadisələrindən sonra sanksiyaların tətbiqi siyasi yanaşmanın göstəricisidir. Bu amillər beynəlxalq hüququn selektiv tətbiqi ilə bağlı ciddi suallar yaradır. Avropa Parlamentinin beş il ərzində qəbul etdiyi 14 qətnamənin qərəzli xarakter daşıdığı təəssüf doğurur. Bu yanaşma regionda formalaşan sabitliyə mənfi təsir göstərir.
Azərbaycan Prezidenti çıxışının yekununda dövlətimizin sülh gündəliyinə sadiqliyini bir daha vurğulayıb. Ermənistan rəhbərliyinin mövqeyi də həmin istiqamətdə uyğunluq təşkil edir, bu da dialoqun davamlılığı üçün müsbət zəmin yaradır. Bu yanaşma tərəflər arasında qarşılıqlı etimadın tədricən möhkəmləndiyini və əldə olunan razılaşmaların praktik mərhələdə icrasına şərait yaratdığını göstərir. Eyni zamanda, regional sabitliyin qorunması və əməkdaşlıq imkanlarının genişlənməsi baxımından sözügedən dinamika xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında çıxışı sülhün artıq formalaşan və konkret nəticələr doğuran reallıq olduğunu nümayiş etdirir. Bu çıxış həm də regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji yanaşmanı ifadə edir. Ümumilikdə, sülh prosesi yalnız siyasi razılaşma deyil, eyni zamanda iqtisadi əməkdaşlıq, nəqliyyat layihələri və beynəlxalq münasibətlər sistemində yeni balansın formalaşması deməkdir. Bu isə regionda uzunmüddətli sabitlik və təhlükəsizlik üçün əsaslı zəmin yaradır.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

