YAP-ın təşəbbüsü ilə Tərtər rayonunda sosial layihə icra edilib
07.05.2026 [15:03]
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Tərtər rayonunda daha bir sosial layihə icra edilib.
Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Tərtər rayonunun Ələsgərli kəndində 200-dən çox ailənin məişət şəraitini yaxşılaşdıran texniki su xətti istifadəyə verilib. Layihə çərçivəsində, həmçinin kənd mərkəzində yeni park salınıb, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, Mərkəzi Aparatın İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, partiya fəalları, şəhid ailələri, qazilər və rayon ziyalıları iştirak ediblər.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Anar Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən bəhs edərək bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində əldə edilən nailiyyətlər, ən əsası, şanlı Zəfərimiz dahi şəxsiyyətin ideyalarının təntənəsidir. Millət vəkili Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə həyata keçirilən sosial layihələrin önəmini diqqətə çatdırıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında dövlət başçısının bütün regionlar kimi, Tərtərin də sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxladığını deyib. O vurğulayıb ki, Ələsgərli kəndində yeni su xəttinin çəkilişi və parkın istifadəyə verilməsi regionlarda aparılan ardıcıl quruculuq işlərinin bariz nümunəsidir.
Daha sonra çıxış edən YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova qeyd edib ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi sosial inkişaf kursuna partiyanın növbəti töhfəsidir: “Ələsgərli kəndində 200 ailəni su ilə təmin etmək, ərazidə müasir istirahət guşəsi yaratmaq partiya fəallarının və seçicilərin vahid amal uğrunda birləşməsinin nəticəsidir. Bu, partiyamızın xalqla birliyinin, insanların gündəlik qayğılarına olan həssaslığının bariz nümunəsidir”.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov isə qeyd edib ki, yeni su xəttinin çəkilişi insanların rahatlığı və rifahına xidmət edir. O, dövlət başçısının “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikrini xatırladaraq YAP-ın mühüm sosial təşəbbüslər həyata keçirdiyini qeyd edib.
Mərasimdə çıxış edən kənd sakinləri və şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonra şəhid Ruslan Şahbazovun ailəsi ziyarət edilib. Görüş zamanı şəhid ailəsinin qayğıları ilə maraqlanılıb, Vətən uğrunda canını fəda etmiş qəhrəmanımızın döyüş yoluna nəzər salınıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59

