/ / YAP Kəlbəcər rayon təşkilatı tərəfindən “Əvəzsiz tarixi şəxsiyyət – Ulu Öndər Heydər Əliyev” adlı tədbir keçirildi
YAP Kəlbəcər rayon təşkilatı tərəfindən “Əvəzsiz tarixi şəxsiyyət – Ulu Öndər Heydər Əliyev” adlı tədbir keçirildi
08.05.2026 [13:59]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən Göygöl rayonunun Uçtəpə qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər rayon 115 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Əvəzsiz tarixi şəxsiyyət – Ulu Öndər Heydər Əliyev” adlı tədbir keçirildi.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon təhsil sektorunun müdiri Namiq Rəcəbov, Kəlbəcər rayon 115 nömrəli tam orta məktəbin direktoru Aqil Muxtarov, eləcə də pedaqoji kollektivin üzvləri iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı olan Heydər Əliyev xalqımızın taleyində mühüm rol oynamış dahi şəxsiyyətdir. XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən siyasi böhran, xaos, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması Azərbaycan dövlətçiliyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Belə bir ağır və taleyüklü dövrdə xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi, ölkədə sabitlik və inkişafın əsasını qoydu. O qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev yalnız böyük siyasətçi deyil, həm də xalqını ürəkdən sevən dahi şəxsiyyət idi. O, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm vermiş, azərbaycançılıq ideologiyasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirmişdir. Onun zəngin siyasi fəaliyyəti və xalqa bağlılığı Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynamışdır. Ulu Öndərin adı Azərbaycan tarixinin ən şərəfli səhifələrinə qızıl hərflərlə yazılmışdır. Onun əsasını qoyduğu siyasi kurs bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sədr Həbib Misirov qeyd etdi ki, cənab Prezident İlham Əliyev 2003-cü ildə fəaliyyətə başladığı ilk gündən Ulu Öndərin siyasi kursuna sadiq qalacağını bəyan etmiş və bu siyasəti uğurla davam etdirmişdir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində xalqımızın birliyi, şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin şücaəti və rəşadətli Ordumuzun gücü sayəsində torpaqlarımız işğaldan azad edilmişdir. 2023-cü ildə isə Xankəndidə Azərbaycanın dövlət suverenliyi tam bərpa olunmuş, bu gün üçrəngli bayrağımız Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanmaqdadır.
Kəlbəcər rayon təhsil sektorunun müdiri Namiq Rəcəbov çıxışında bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri misilsizdir. O, həm sovet dövründə, həm də müstəqillik illərində ölkəmizin inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi və beynəlxalq nüfuzunun artması istiqamətində böyük xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə Azərbaycan keçmiş SSRİ məkanında geridə qalmış respublikadan inkişaf edən sənaye və mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində on minlərlə gənc həm SSRİ-nin nüfuzlu ali məktəblərində, həm də xarici ölkələrin universitetlərində təhsil almağa göndərilmiş, ölkədə müasir təhsil infrastrukturu formalaşdırılmışdır. Bu siyasət milli kadr potensialının güclənməsinə xidmət etmişdir.
Bu gün də Ulu Öndərin təhsil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəblərin tikintisi, mövcud təhsil müəssisələrinin yenidən qurulması və müasir təhsil layihələrinin həyata keçirilməsi davam etdirilir.
Bildirdi ki, möhtərəm Prezidentin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində işğaldan azad olunmuş ərazilər sürətlə dirçəlir. Bu proses həmin bölgələrin gələcəkdə ölkənin mühüm təhsil, iqtisadi və sosial mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm baza yaradır.
Məktəbin direktoru Aqil Muxtarov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki misilsiz xidmətlərindən, sabitliyin təmin olunması və müstəqil dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uzaqgörən siyasətdən bəhs etdi. O bildirdi ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan daha da güclənərək inkişaf edir.
Qeyd edildi ki, bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyeva da dövlətimizin inkişafına, beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verir. O, təhsil, mədəniyyət və incəsənət sahələrinin inkişafına xüsusi diqqət göstərir, şəhid ailələrinə, qazilərə və həssas təbəqələrə daim həssaslıqla yanaşır.
Sonda YAP Kəlbəcər rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvü fəxri fərmanlarla təltif olundu.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56

