Milli dövlətçilik ənənələri
22.05.2026 [15:42]
XX əsrin əvvəllərində yaranan tarixi şərait ölkəmizin 1828-ci ildən bəri tərkibində olduğu Rusiya imperiyasının parçalanması, Azərbaycanın müstəqillik əldə etməsi ilə nəticələndi. Azərbaycan xalqı, nəhayət 1918-ci il may ayının 28-i öz tarixi arzularına və azadlığına nail oldu. Xalq Cümhuriyyəti quruldu. Azərbaycanda, Şərq aləmində ilk dəfə demokratik hüquqi dövlət yarandı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi ərəfədən danışarkən qeyd edirdi: “XIX əsrdə mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişiklikərə gətirib çıxardı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün münbit zəmin yarandı”.
Lakin, bildiyiniz kimi, bu cümhuriyyət cəmi 23 ay yaşadı, 1920-ci ilin aprel ayının 28-də Milli höküməti Sovet Rusiyasının yerli idarəçilik sistemi əvəz etdi. 1920-ci ildə Azərbaycan Sovet İttifaqının tərkibində Respublika kimi qaldı.
Ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə ölkə rəhbəri seçildikdən sonra müttəfiq respublikalar içərisində ən geridə qalmış Azərbayacan ən qısa müddətdə sürətlə inkişaf etməyə başladı. Azərbaycanın elmi, mədəniyyəti, iqtisadiyyatı, səhiyyəsi, bütün sahələri ittifaq dövlətləri arasında öncül yerlərdən birini tutdu, və müstəqilliyə gedən yolun təməli qoyuldu.
Ancaq tarix göstərdi ki, 1991-1993-cü illərdə Azərbaycanın müstəqilliyi üçün təhlükə yaranmışdı. Bir tərəfdən erməni təcavüzü, bir tərəfdən də daxildə hakimiyyət çəkişməsi, qanunsuz silahlı dəstələrin yaradılması, bir tərəfdən də xarici və daxili qüvvələr müstəqilliyimizi pozmağa çalışırdılar.
Həmin ağır, çətin günlərdə - 1990-cı ilin iyul ayının 22-də ulu öndərimiz Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdı. Azərbaycan və Naxçıvanın parlamentlərinə deputat seçilən xalqımızın xilaskar oğlu Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan MSSR Ali Sovetinin ilk sessiyasında bilavasitə onun təşəbbüsü əsasında üç rəngli bayrağımız dövlət rəmzi elan olundu, noyabrın 21-də isə Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verildi.
1991-ci ilin sentyabr ayının 3-də xalqın təkidli tələbi ilə Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi ilə artıq bilavasitə müstəqil milli dövlət quruculuğu prosesi məhz Naxçıvanda başlandı.
Belə bir mürəkkəb tarixi şəraitdə müstəqil dövlətimizi qorumaq üçün xalqı arxasınca apara biləcək bir hakim partiya və onun rəhbəri lazım idi. Bəli, belə bir partiya – YAP 1992-ci ilin noyabr ayının 21-də məhz Naxçıvan şəhərində yarandı. Dünənin, bu günün və gələcəyin partiyası olan YAP-ın yaradıcısı, banisi, xalqımızın Ümummilli Lideri, xilaskarı, türk dünyasının dahisi Heydər Əliyev oldu.
1993-cü ilin iyun hadisələri Müstəqil Respublikamızın tarixində ən faciəli anlardan biri oldu. Artıq ölkə vətəndaş müharibəsi təhlükəsi qarşısında idi. O zamankı iqtidar, ziyalılar, xalq başa düşürdü ki, xalqı bu bəladan ancaq xalqın müdrik və təcrübəli oğlu Heydər Əliyev çıxara bilər. Yeganə ümid yolu Heydər Əliyev yolu idi.
Nəhayət, iqtidarın xahişi, xalqın haqlı, təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də yenidən siyasi hakimiyyətə qayıtdı. Xalqımız xaos və anarxiyadan, müstəqilliyimizi itirməkdən, vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Ölkədə ictimai-siyasi sabitlik yarandı, xalq demokratik dövlət, ordu quruculuğu, islahatlar, iqtisadi inkişaf və tərəqqi yoluna qədəm qoydu.
Ölkəmizdə tarixi islahatlar aparıldı. Bazar iqtisadiyyatı formalaşmağa başladı. Torpaq və aqrar islahatlar keçirildi, sahibkarlıq inkişaf etdi, bir çox qanunvericilik aktları qəbul edildi.Gənc Müstəqil Respublikamızın beynəlxalq nüfuzu artmağa başladı.
2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndərimizin dövlətçilik məktəbinin ən layiqli mənəvi-siyasi davamçısı möhtərəm İlham Əliyevin dövlət başçısı seçilməsi Azərbaycanın müstəqil inkişaf yolu ilə inamla irəliləməsinə zəmin və şərait yaratmışdır.
Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı tarixi qələbədə, haqq mübarizəsində əldə olunmuş böyük zəfər də Heydər Əliyev ideyalarının təntənəsidir. Üç rəngli bayrağımız bu gün artıq işğaldan azad olunmuş ərazilərdə qürurla dalğalanır. Azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır.Böyük Qayıdış Proqramı uğural həyata keçirilir
Artıq müasir, Müstəqil Azərbaycan ötən illər ərzində, öz müstəqilliyini qoruyub saxlamış, dünya ölkələri arasında özünə məxsus yerlərdən birini tutmuşdur. Bu gün müstəqil Azərbaycanın nüfuzu və şöhrəti durmadan artır, ölkəmizdə hökm sürən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Bütün bunlar Heydər Əliyev siyasi kursunun, cənab Prezidentimizin, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilməsinin nəticəsidir.
Elşad Cəfərov
YAP Culfa rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49

