28 May-Müstəqillik Günü Azərbaycan dövlətçilik tarixinin şərəf və qürur salnaməsidir
26.05.2026 [14:44]
Nigar Abbaszadə,
YAP Nərimanov rayon təşkilatının mühasibi
1918-ci il mayın 28-də Azərbaycan xalqı öz taleyində yeni tarixi mərhələnin əsasını qoydu. Həmin gün xalqımız əsrlər boyu qoruyub saxladığı azadlıq arzularını siyasi reallığa çevirdi və müsəlman Şərqində ilk demokratik, hüquqi, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bütün dünyaya bəyan etdi. Bu tarixi hadisə yalnız bir dövlətin yaranması deyil, eyni zamanda xalqın milli özünüdərkinin, müstəqillik düşüncəsinin və siyasi iradəsinin təntənəsi idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması olduqca mürəkkəb və ziddiyyətli beynəlxalq siyasi şəraitdə baş verdi. Birinci Dünya müharibəsinin yaratdığı mürəkkəb geosiyasi vəziyyət, imperiyaların dağılması, regionda hökm sürən qeyri-sabitlik və müxtəlif siyasi maraqlar fonunda Azərbaycan xalqı müstəqil dövlət qurmaq kimi son dərəcə məsuliyyətli bir missiyanı öz üzərinə götürdü. Məhz belə ağır şəraitdə xalqımız öz siyasi yetkinliyini və dövlətçilik ənənələrinə bağlılığını nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyətinin baniləri xalqın gələcəyini müasir dünyəvi dövlət modelində görürdülər.
Cümhuriyyət hökuməti çox qısa müddətdə dövlət quruculuğu istiqamətində mühüm və taleyüklü addımlar atdı. Azərbaycan parlamenti yaradıldı, dövlət idarəetmə sistemi formalaşdırıldı, dövlət atributları təsis edildi, milli ordu quruculuğuna başlanıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, milli maraqların qorunması istiqamətində ardıcıl siyasət həyata keçirildi. 1918-ci il iyunun 26-da Milli Ordunun yaradılması haqqında qərarın qəbul olunması müstəqil dövlətin təhlükəsizlik sisteminin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyırdı. Həmin qərar gələcək Azərbaycan Ordusunun təməlini qoydu. Bu gün dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin əsasının məhz həmin dövrdə qoyulması xüsusi qürur hissi doğurur. Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi ən mühüm demokratik islahatlardan biri seçki hüququnun təmin olunması idi. Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman və Şərq ölkəsi olmaqla yanaşı, bir çox Avropa dövlətlərini də qabaqlamışdı. Bu addım dövlətin demokratik prinsiplərə sadiqliyini və mütərəqqi inkişaf modelini açıq şəkildə nümayiş etdirirdi. Maarifçilik və təhsil siyasəti də Cümhuriyyətin prioritet istiqamətlərindən biri idi. Dövlət rəhbərliyi yaxşı anlayırdı ki, milli inkişafın əsas dayaqlarından biri təhsildir. Məhz buna görə də milli təhsil sisteminin yaradılması istiqamətində ciddi addımlar atıldı, xaricdə təhsil almaq üçün gənclərin göndərilməsi proqramları həyata keçirildi, ilk universitet təsis edildi və milli ziyalı təbəqəsinin formalaşdırılması prosesi sürətləndirildi.
Azərbaycan Xalq Cümhuriyyəti həm də uğurlu xarici siyasəti ilə diqqət çəkirdi. Dövlətin beynəlxalq aləmdə tanınması istiqamətində ciddi işlər həyata keçirilirdi. Azərbaycan nümayəndə heyətinin beynəlxalq platformalarda fəaliyyəti ölkəmizin siyasi maraqlarının müdafiəsində mühüm rol oynayırdı. Qısa zaman ərzində bir sıra dövlətlərlə diplomatik münasibətlərin qurulması Cümhuriyyətin beynəlxalq nüfuzunun artmasının göstəricisi idi. Bütün bunlara baxmayaraq, mürəkkəb geosiyasi proseslər Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət müddətinin uzun olmasına imkan vermədi. Lakin Cümhuriyyətin cəmi 23 aylıq fəaliyyəti belə sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, dövlət qurmağa və onu idarə etməyə tam qadirdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolunu yüksək qiymətləndirərək qeyd etmişdir: “Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda.” Məhz Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində Azərbaycanın müstəqilliyi möhkəmləndirildi, dövlətçilik prinsipləri daha da gücləndirildi və ölkəmizin gələcək inkişaf strategiyası müəyyən olundu. Bu gün cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Son illərdə ölkənin iqtisadi gücü əhəmiyyətli dərəcədə artmış, beynəlxalq nüfuzu yüksəlmiş, regional və qlobal layihələrdə Azərbaycanın rolu daha da möhkəmlənmişdir. Azərbaycanın dövlətçilik tarixində ən mühüm hadisələrdən biri də 2020-ci ildə qazanılan tarixi Zəfər oldu. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazandı və ölkənin ərazi bütövlüyünü təmin etdi. Daha sonra həyata keçirilən tədbirlər nəticəsində dövlət suverenliyi tam bərpa olundu.
Bu gün Azərbaycan regionun aparıcı dövlətlərindən biri kimi çıxış edir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat və beynəlxalq əməkdaşlıq layihələri regionun inkişafına ciddi töhfələr verir. Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallıqlar regionda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradıb. 28 May-Müstəqillik Günü yalnız tarixi bir hadisənin ildönümü deyil. Bu tarix Azərbaycan xalqının azadlıq idealının, milli qürurunun, dövlətçilik ənənələrinin və müstəqillik iradəsinin təntənəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin ideyaları yaşayır, inkişaf edir və müasir müstəqil Azərbaycanın uğurlarında öz parlaq təcəssümünü tapır. Dövlətçilik tariximizin bu şanlı səhifəsi hər bir azərbaycanlı üçün qürur mənbəyidir və gələcək nəsillər üçün əbədi örnək olaraq qalacaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

