Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şəhid Zahid Zairlinin atası Azad Zayirovun 65 illik yubileyi keçirildi

Şəhid Zahid Zairlinin atası Azad Zayirovun 65 illik yubileyi keçirildi

27.05.2026 [09:06]

Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı rayon komitəsinin, Yardımlı Rayon Ağsaqqallar Şurasının və Rayon Veteranlar Şurasının birgə təşkilatçılığı ilə ikinci Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olan Zairli Zahidin atası Zayirov Azad Şükür oğlunun 65 illik yubileyi keçirildi.

İlk öncə Şəhid Zairli Zahidin, birinci Qarabağ müharibəsində Şəhid olmuş Mahir İmanovun və Famil Ziyadovun məzarları ziyarət olundu. Şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülərək xatirələri dərin hörmət və ehtiramla yad edildi. Şəhid Zahid Zairlinin ev muzeyi ziyarət olundu və ziyarətçilər muzeyin xatirə dəftərinə öz sözlərini yazdılar.

Çıxış edən YAP Yardımlı rayon təşklatının sədri Anar Alışov bildirdi ki, Vətən uğrunda canından keçən qəhrəman Şəhidlərimizin ailələri hər zaman dövlətimizin və xalqımızın qayğısı ilə əhatə olunur. Şəhid Zahid Zairli kimi igid oğullarımız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şücaət göstərərək adlarını xalqımızın şanlı tarixinə yazıblar. Anar Alışov Şəhid atası Azad Zayirovu 65 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür və ailəsinə xoş günlər arzuladı.

Çıxış edənlər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı rayon komitəsinin sədri Azər Əkbərov, Yardımlı Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Əməşov və Rayon Veteranlar Şurasının sədri Zakir İmanov Azad Zayirovun Vətənə layiqli övlad yetişdirdiyini vurğulayaraq, Şəhid ailələrinin göstərdiyi fədakarlığın hər zaman böyük ehtiramla yad olunduğunu bildirdilər. Çıxışlarda Azərbaycan dövlətinin Şəhid ailələrinə göstərdiyi diqqət və qayğı xüsusi qeyd edildi. Yubiley tədbirində Azad Zayirova adı çəkilən təşkilatlar tərəfindən fəxri hədiyyələr təqdim olundu, onun həyat yolu və ailəsinin Vətən qarşısındakı xidmətlərindən danışıldı. Tədbir iştirakçıları Şəhid Zahid Zairlinin əziz xatirəsinin daim yaşayacağını, onun qəhrəmanlığının gənc nəsillərə örnək olduğunu vurğuladılar.

Sonda yubilyar, Şəhid atası Azad Zayirov çıxış edərək göstərilən diqqət və ehtirama görə tədbiri təşkil edən qurumlara və iştirakçılara təşəkkürünü bildirdi. Şəhidlərin xatirəsinin hər zaman uca tutulmasının hər bir azərbaycanlının mənəvi borcu olduğunu qeyd etdi.

Paylaş:
Baxılıb: 171 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31