Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir
03.06.2026 [17:36]
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın enerji siyasətinin mahiyyətini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi baxışlar toplusu kimi diqqət çəkdi. Dövlət başçısının çıxışı ölkəmizin enerji strategiyasının keçdiyi inkişaf yolunu, əldə olunan nailiyyətləri və perspektiv hədəfləri əhatə edən əhatəli təhlil xarakteri daşıyırdı.
Prezident bir daha vurğuladı ki, Azərbaycanın bu gün qlobal enerji xəritəsində tutduğu möhkəm mövqenin əsası ötən əsrin sonlarında qoyulub. Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi iqtisadi çətinliklər, siyasi qeyri-sabitlik, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqların işğalı və yüz minlərlə qaçqın və məcburi köçkünün problemləri Azərbaycanı ağır vəziyyətə salmışdı. Belə mürəkkəb şəraitdə qəbul olunan uzaqgörən qərarlar ölkənin gələcək inkişaf yolunu müəyyənləşdirdi. Xəzər hövzəsinin zəngin enerji ehtiyatlarının beynəlxalq investorlar üçün açılması Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirdi və ölkəyə mühüm maliyyə resursları qazandırdı. Sonrakı mərhələdə isə bu vəsaitlərin səmərəli idarə olunması və strateji sahələrə yönəldilməsi inkişaf prosesinin əsas hərəkətverici qüvvəsinə çevrildi.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət yetirilən məsələlərdən biri enerji gəlirlərinin səmərəli idarə olunması idi. Dövlət başçısı qeyd etdi ki, təbii sərvətlərə malik olmaq özlüyündə uğurun təminatı deyil. Əsas məsələ həmin resurslardan əldə olunan gəlirlərin vətəndaşların rifahına, iqtisadi tərəqqiyə və gələcək nəsillərin maraqlarına xidmət etməsidir. Azərbaycanın bu istiqamətdə əldə etdiyi nəticələr kifayət qədər əhəmiyyətlidir. Son onilliklər ərzində yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azaldılıb, müasir infrastruktur layihələri həyata keçirilib, regionların sosial-iqtisadi inkişafı sürətləndirilib və makroiqtisadi sabitlik təmin olunub. Xarici borcun aşağı səviyyədə saxlanılması və strateji valyuta ehtiyatlarının artırılması da bu siyasətin uğurlu nəticələri sırasında yer alır.
Azərbaycanın enerji siyasətini fərqləndirən əsas xüsusiyyətlərdən biri onun beynəlxalq əməkdaşlığa əsaslanmasıdır. Hazırda ölkəmizin təşəbbüsü ilə reallaşdırılan enerji layihələri Avrasiya məkanının enerji təhlükəsizliyinin vacib elementlərindən biri kimi çıxış edir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Supsa marşrutu, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri artıq yalnız iqtisadi əhəmiyyət daşımır, eyni zamanda dövlətlər arasında əməkdaşlığın və regional sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu layihələr sayəsində Azərbaycan Xəzər regionunu dünya bazarları ilə birləşdirən əsas enerji qovşaqlarından birinə çevrilib.
Prezident İlham Əliyevin bildirdiyi kimi, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur. Bu ölkələrin əhəmiyyətli hissəsinin Avropa İttifaqına üzv olması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi rolunu daha da artırır. Son illərdə qlobal enerji bazarında baş verən dəyişikliklər və enerji böhranları fonunda ölkəmizin etibarlı təchizatçı kimi nüfuzu daha da möhkəmlənib.
Dövlət başçısının çıxışında diqqət çəkən mühüm məqamlardan biri də enerji siyasətinin dövlət quruculuğu ilə sıx əlaqələndirilməsi idi. Prezident vurğuladı ki, iqtisadi imkanların genişlənməsi digər sahələrdə də mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradıb. Azərbaycanın son illərdə qazandığı hərbi və siyasi uğurların təməlində də güclü iqtisadi potensial dayanır. Müasir Silahlı Qüvvələrin formalaşdırılması, müdafiə qabiliyyətinin gücləndirilməsi və ölkənin ərazi bütövlüyünün bərpa olunması iqtisadi güc olmadan mümkün olmazdı. Bu baxımdan enerji strategiyası yalnız iqtisadi inkişaf vasitəsi deyil, həm də milli təhlükəsizlik siyasətinin mühüm tərkib hissəsidir.
Prezident İlham Əliyev çıxışında yaşıl enerji istiqamətinə də xüsusi diqqət ayırdı. Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olsa da, bərpaolunan enerji mənbələrinin inkişafını prioritet istiqamət kimi müəyyən edib. Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan olunması, hidroenerji potensialının artırılması bu siyasətin mühüm nəticələrindəndir. Gözlənilir ki, yaxın illərdə ölkənin enerji balansında bərpaolunan mənbələrin xüsusi çəkisi daha da artacaq.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji bağlantıları da yeni inkişaf mərhələsinin əsas istiqamətlərindən biridir. Qara dəniz üzərindən Avropaya uzanacaq yaşıl enerji layihələri ölkəmizin qlobal enerji keçidində rolunu daha da gücləndirəcək. Bu təşəbbüslər Azərbaycanın gələcəyin enerji sistemində fəal iştirakçı olmaq niyyətini aydın şəkildə nümayiş etdirir. Məqsəd yalnız mövcud enerji resurslarının ixracı ilə kifayətlənməmək, eyni zamanda innovativ texnologiyalar, yaşıl iqtisadiyyat və regional inteqrasiya əsasında yeni inkişaf modeli formalaşdırmaqdır.
Bu gün Bakı Enerji Həftəsində aparılan müzakirələr Azərbaycanın qarşıdakı onilliklər üçün müəyyənləşdirdiyi strateji kursun əsas istiqamətlərini əks etdirir. Enerji təhlükəsizliyi, yaşıl inkişaf, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi bu siyasətin əsas dayaqlarıdır. Azərbaycanın son otuz ildə əldə etdiyi uğurlar sübut edir ki, uzaqgörən rəhbərlik, milli maraqlara söykənən siyasət və düzgün planlaşdırma təbii sərvətləri davamlı inkişaf mənbəyinə çevirə bilir. Bu gün Azərbaycan təkcə enerji ixracatçısı deyil, həm də regionun aparıcı iqtisadi, siyasi və nəqliyyat mərkəzlərindən biridir.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

