Azərbaycan dövlətçiliyinin xilası və yüksəlişinin başlanğıcı
10.06.2026 [13:29]
Azərbaycan xalqının müasir tarixində elə günlər vardır ki, onların əhəmiyyəti təkcə bir dövrü deyil, bütöv bir gələcəyi müəyyənləşdirir. 15 İyun – Milli Qurtuluş Günü məhz belə tarixi günlərdən biridir. Bu tarix Azərbaycan dövlətçiliyinin xilas olduğu, xalqın gələcəyə ümidlə baxmağa başladığı və müstəqilliyin qorunub saxlanıldığı gün kimi xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qısa müddət ərzində çox ciddi problemlərlə üzləşdi. Ermənistanın hərbi təcavüzü genişlənir, torpaqlarımız işğal olunur, ölkə daxilində siyasi qarşıdurmalar və idarəetmə böhranı dərinləşirdi. Dövlət hakimiyyəti zəifləyir, iqtisadi vəziyyət ağırlaşır, cəmiyyətdə ümidsizlik artırdı. Müstəqilliyini yenicə əldə etmiş Azərbaycan hətta onu itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Belə mürəkkəb və taleyüklü bir məqamda xalq öz ümidini böyük dövlət xadimi Heydər Əliyevə bağladı. Azərbaycanın müxtəlif bölgələrindən səslənən çağırışlar, xalqın təkidli tələbi nəticəsində Heydər Əliyev 1993-cü ilin iyununda yenidən siyasi hakimiyyətə qayıtdı. 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin həyatında yeni mərhələnin başlanğıcı oldu.
Ulu Öndər hakimiyyətə gəldiyi ilk gündən qarşısında duran əsas məqsədi açıq şəkildə bəyan etmişdi: Azərbaycanın dövlət müstəqilliyini qorumaq, ölkədə sabitliyi təmin etmək və xalqı böhrandan çıxarmaq. Onun qətiyyəti, siyasi iradəsi və zəngin idarəçilik təcrübəsi qısa müddətdə öz nəticəsini verdi. Ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, qanunsuz silahlı dəstələrin fəaliyyəti dayandırıldı, dövlət institutlarının fəaliyyəti gücləndirildi. Milli Qurtuluşun ən mühüm nəticələrindən biri Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi oldu. Heydər Əliyev milli maraqlara əsaslanan daxili və xarici siyasət kursu müəyyənləşdirdi. Bu siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağa başladı. Ölkəmizin siyasi və iqtisadi inkişafının təməli məhz həmin dövrdə qoyuldu.
1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ açdı. Dünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlıq ölkəyə böyük investisiyaların cəlb olunmasına şərait yaratdı. Bununla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzu artdı, müstəqil dövlət kimi mövqeyi daha da möhkəmləndi. Sonrakı illərdə əldə edilən bütün iqtisadi uğurların əsasında məhz həmin dövrdə atılmış addımlar dayanır. Ulu Öndər Heydər Əliyev yalnız ölkəni böhrandan çıxarmadı, həm də Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. Onun əsasını qoyduğu dövlətçilik məktəbi milli maraqlara, müstəqilliyə və xalqın rifahına xidmət edən möhkəm siyasi xətt formalaşdırdı. Bu siyasi kurs bu gün də uğurla davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə mühüm nailiyyətlər əldə etmişdir. Xüsusilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Azərbaycanın dövlətçilik tarixində yeni şanlı səhifə açmışdır. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gücünü və inkişaf potensialını nümayiş etdirir.
Bu gün Milli Qurtuluş Gününü qeyd edən Azərbaycan artıq 1993-cü ilin böhran içində olan ölkəsi deyil. Bu gün Azərbaycan regionun lider dövləti, beynəlxalq münasibətlər sistemində söz sahibi olan güclü ölkədir. Əldə olunan bütün uğurların əsasında isə 15 İyun 1993-cü ildə başlanmış qurtuluş yolu dayanır.
Milli Qurtuluş Günü xalqımızın birlik və həmrəyliyinin, dövlətçilik iradəsinin və milli liderə olan etimadının təntənəsidir. Bu gün hər bir azərbaycanlı üçün müstəqilliyin, sabitliyin və inkişafın rəmzidir. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində qorunub saxlanılan Azərbaycan dövləti bu gün daha qüdrətli, daha güclü və daha nüfuzlu şəkildə öz inkişaf yolunu davam etdirir.
15 İyun – Milli Qurtuluş Günü təkcə keçmişimizin deyil, həm də gələcəyimizin bayramıdır. Bu əlamətdar tarix bizə bir daha xatırladır ki, xalqın birliyi, dövlətə sədaqət və güclü liderlik hər bir milləti ən çətin sınaqlardan uğurla çıxara bilir.
Sevinc Xəlilova
YAP Samux rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxMEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42

