/ / Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir
Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir
23.06.2026 [16:02]
Azərbaycan Respublikasında güclü və peşəkar ordunun formalaşdırılması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ərzində Azərbaycan Ordusunun müdafiə qüdrətinin artırılması, döyüş hazırlığının yüksəldilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.Ordunun müasir silah və hərbi texnika ilə təchiz olunması daim diqqət mərkəzində saxlanılır. Dünyanın qabaqcıl hərbi sənaye müəssisələri ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Ordusunun arsenalı ən müasir silah sistemləri, pilotsuz uçuş aparatları, raket kompleksləri və digər texniki vasitələrlə zənginləşdirilmişdir. Bu isə Silahlı Qüvvələrin döyüş imkanlarının daha da genişlənməsinə, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinə şərait yaratmışdır.Hərbi qulluqçuların peşəkarlığının artırılması məqsədilə mütəmadi olaraq təlimlər, komanda-qərargah məşqləri və müxtəlif hərbi manevrlər keçirilir. Azərbaycan Ordusunun şəxsi heyəti beynəlxalq standartlara uyğun hazırlıq keçərək müasir döyüş üsullarını mənimsəyir. Döyüş hazırlığının yüksəldilməsi istiqamətində görülən işlər ordumuzun çevikliyini, operativ fəaliyyət imkanlarını və müdafiə qabiliyyətini daha da gücləndirir.Orduda xidmət şəraitinin yaxşılaşdırılması, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi də dövlətin diqqətində olan əsas məsələlərdəndir. Yeni hərbi hissələrin, yaşayış komplekslərinin, qərargah binalarının və digər infrastruktur obyektlərinin tikintisi şəxsi heyətin xidmət və məişət şəraitinin daha da yaxşılaşmasına xidmət edir.2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, peşəkarlığının və gücünün bariz göstəricisi oldu. Qələbədən sonrakı dövrdə də Silahlı Qüvvələrin modernləşdirilməsi, komando birliklərinin yaradılması, yeni hərbi texnologiyaların tətbiqi və müdafiə imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri kimi ölkəmizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər gələcəkdə də davam etdiriləcək, Silahlı Qüvvələrimizin gücü və qüdrəti daha da möhkəmlənəcəkdir.
Fidan Qorxmazova
YAP Qusar rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxSosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38

