YAP-ın Mətbuat və ictimai əlaqələr komissiyasının iclası keçirilib
08.02.2014 [15:54]
İclasda komissiyanın 2014-cü il üçün iş planı təsdiq olunub
Yeni Azərbaycan Partiyasının (YAP) Mətbuat və ictimai əlaqələr komissiyasının ilk iclası keçirilib. Komissiya Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin 7 noyabr 2013-cü il tarixli iclasının qərarı ilə yaradılıb. Qeyd edək ki, YAP İdarə Heyətinin üzvü Nizami Xudiyevin sədrlik etdiyi komissiyaya YAP Siyasi Şurasının üzvləri- “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov, Milli Məclisin deputatı Mirkazım Kazımov, YAP Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Bakı şəhər İcra Hakimiyyətində memar Sədrəddin Əkbərov daxildir. Komissiyanın ekspert qrupunun üzvləri isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və “Səs”qəzetinin baş redaktoru Bəhruz Quliyevdir.
İclasda YAP İdarə Heyətinin üzvü, komissiyanın sədri Nizami Xudiyev bildirib ki, komissiya Azərbaycan Respublikasının qanunvericiliyinə və müvafiq Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. Onun sözlərinə görə, komissiya partiyanın İcra Katibliyi ilə sıx təmasda fəaliyyət göstərəcək və kütləvi informasiya vasitələri ilə əlaqəli işləyəcək.
2014-cü il üçün iş planı haqqında danışan sədr deyib ki, komissiya və mətbuat arasında əlaqələrin tənzimlənməsini təmin etmək məqsədilə KİV rəhbərləri ilə geniş tərkibdə müzakirənin təşkil olunması nəzərdə tutulur. Eyni zamanda, komissiya qarşıda duran vəzifələrin icra vəziyyətini müzakirə etmək üçün hər rübdə bir dəfə toplanacaq.
Daha sonra komissiyanın vəzifələrindən ətraflı bəhs edən N.Xudiyev bildirib ki, dövlətçiliyimizin qorunmasında böyük rola malik olan azad mətbuatın inkişafına xidmət edən addımlar davamlılığı ilə diqqət çəkir. Onun fikrincə, hər dövrün öz tələbi olduğu üçün mətbuatın da qarşısında yeni-yeni vəzifələr dayanır. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının genişliyini nəzərə alsaq, bu gün ictimaiyyətin onlardan əsas gözləntilərinin nədən ibarət olduğu aydınlaşar. “Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm islahatların uğurlu nəticələri, qazanılmış nailiyyətlər ideoloji sahədə alternativi olmayan bir vasitədir. Bu nailiyyətlərin ictimai rəyə tam hakim kəsilməsi KİV üzərinə mühüm vəzifələr qoyur. Bu istiqamətdə görülən işlərlə bağlı daha səmərəli rəy və təkliflər hazırlanmalıdır. Ümummilli lider Heydər Əliyevin şah əsəri bugünkü qüdrətli, dinamik inkişaf edən, zəngin və demokratik Azərbaycan Respublikasıdır. Ulu öndər Heydər Əliyev siyasi irsinin əbədiliyi və müstəqil Azərbaycan ilə paralelliyi daim diqqət mərkəzində saxlanılmalıdır. Həmçinin, Azərbaycanın müharibə vəziyyətində olduğunu nəzərə alaraq, ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini özündə əks etdirən yazılara və verilişlərə daha geniş yer verilməsinə nail olmalıyıq. Münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında qazanılmış nailiyyətlərlə kifayətlənməməli, bu səpkidə audio, video materialların, eləcə də yazılı məlumatların yayımına təkan verilməlidir. Hesab edirəm ki, komissiyamız bu məsələləri diqqətdə saxlamalıdır” - deyə, N.Xudiyev vurğulayıb.
Komissiya sədri vətənpərvərlik mövzusunda yazıların və verilişlərin artırılmasına da böyük zərurətin olduğunu bildirib. O, qeyd edib ki, dövlətimizin suverenliyinin, sərhədlərinin toxunulmazlığının qarantı olan ordumuzun qüdrətinin daha da artırılması istiqamətində mühüm addımlar atılır. Ona görə də, cəmiyyətin bir hissəsi olan ordunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımların geniş işıqlandırılması işləri daha da gücləndirilməlidir. Qeyd olunub ki, Dağlıq Qarabağ, münaqişəsi nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın pozulmuş hüquqlarının bərpası probleminin həlli istiqamətində KİV-in üzərinə düşən vəzifənin yüksək səviyyədə yerinə yetirilməsinə səy göstərilməlidir. Bu məsələ daim diqqətdə saxlanılmalıdır ki, insan hüquq və azadlıqlarının qorunmasını həyata keçirdiyi siyasətin önündə saxlayan Azərbaycan dövləti bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarının da bərpasına çalışır, beynəlxalq təşkilatları bu məsələyə diqqət göstərməyə çağırır.
Xarici dövlətlərlə mövcud olan əməkdaşlıq körpüsünün möhkəmlənməsində mətbuatın da rolunun inkaredilməz olduğunu deyən N.Xudiyev qeyd edib ki, təcrübə mübadiləsinin, media qurumları arasında əlaqələrin genişləndirilməsi fonunda həm də bu missiyanın uğurla həyata keçirilməsinə dəstək göstərilməlidir. Onun fikrincə, mətbuat cəmiyyətin güzgüsü olaraq obyektivlik, qərəzsizlik prinsiplərini heç zaman unutmamalıdır: “Təbii ki, ölkəmizin qazandığı uğurlarla yanaşı, müəyyən problemlər də mövcuddur. Mətbuat heç bir qərəzə yol vermədən həmin problemlərin işıqlandırılmasına və öz müsbət həllini tapmasma töhfəsini verməlidir”.
İclasda komissiyanın üzvləri çıxış edərək, qarşıda duran vəzifələr, eləcə də iş planı haqqında fikir və təkliflərini bildiriblər. Müzakirələrin sonunda YAP-ın Mətbuat və ictimai əlaqələr komissiyasının 2014-cü il üçün iş planı təsdiq olunub.
YAP Siyasi Şurasının üzvü, partiyanın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Mətbuat və ictimai əlaqələr komissiyasının sədr müavini seçilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32

