Azərbaycan-Slovakiya Münasibətlərində Yeni Mərhələ: Şuşa Görüşü
17.07.2026 [15:46]
Azərbaycan Respublikasının beynəlxalq müstəvidə nümayiş etdirilən müstəqil və prinsipial xarici siyasət xətti Avropa məkanında yeni tərəfdaşlıq formatlarının formalaşmasına təkan verir. Bu kontekstdə Slovakiya Respublikası ilə əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması xüsusi siyasi əhəmiyyət kəsb edir. İki ölkə arasında ali səviyyədə qurulmuş intensiv təmaslar və qarşılıqlı etimad mühiti ikitərəfli əməkdaşlığın perspektivlərini müəyyən edən əsas amillərdir. Slovakiya Prezidenti Peter Pelleqrinin ölkəmizə reallaşan rəsmi səfəri və dövlət başçılarının Şuşada bir araya gəlməsi rəsmi Bakı ilə Bratislava arasındakı bağların sadəcə bəyanat xarakterli olmadığını, konkret fəaliyyət proqramına əsaslandığını göstərir. Keçən il imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin praktiki müstəvidə real nəticələr verməsi isə tərəflərin möhkəm siyasi iradəsindən xəbər verir.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət strategiyası tərəfdaş ölkələrlə münasibətlərin şaxələndirilməsinə xidmət edir. Geniş tərkibli nümayəndə heyətlərinin cəlb olunduğu Şuşa danışıqları sübut etdi ki, tərəflərin müzakirə gündəliyi olduqca genişdir və bura sadəcə diplomatik dialoq daxil deyil. İqtisadi-ticari dövriyyənin artırılması, energetika sektorunda birgə addımlar və hərbi-texniki sahədə əməkdaşlıq prioritet istiqamətlər kimi ön plana çıxır. Avropanın enerji arxitekturasında mühüm rol oynayan Azərbaycan, Slovakiya ilə münasibətləri dərinləşdirməklə qitənin təhlükəsizliyinə növbəti töhfəsini verir. Nümayəndə heyətlərinin qarşılıqlı olaraq fəal iş rejimində çalışması bu sahədəki layihələrin icrasını sürətləndirir.
Bu strateji işbirliyinin ən diqqətçəkən və təqdirəlayiq tərəfi Slovakiyanın işğaldan azad edilmiş torpaqlarımızdakı yenidənqurma prosesinə birbaşa qoşulmasıdır. Ağdamın Baş Qərvənd kəndində gerçəkləşən “Ağıllı kənd” layihəsi Slovakiya şirkətlərinin rəsmi Bakının apardığı nəhəng quruculuq işlərinə verdiyi real və əhəmiyyətli dəstəkdir. Prezident Peter Pelleqrinin ölkəmizə rəğbəti yeni bir hadisə deyil; o, hələ parlament sədri və Baş nazir postlarında olarkən də Azərbaycana səfərlər etmiş, səmimi münasibətlərin təməlini qoymuşdur. Bu gün ali dövlət rəhbəri kimi beynəlxalq iqlim konfransından sonra məhz Qarabağa gəlməsi bu dostluğun davamlılığına bariz nümunədir.
Azərbaycan və Slovakiya liderlərinin ortaya qoyduqları qətiyyətli mövqe bəyanatların deyil, konkret əməli fəaliyyətin əsas meyar olduğunu nümayiş etdirir. Şuşadan başlanan bu çoxşaxəli strateji əməkdaşlıq təkcə iki dövlətin iqtisadi tərəfdaşlığını möhkəmləndirmir, həm də regional sabitliyə və Avrasiya məkanında dayanıqlı inkişafa əhəmiyyətli dərəcədə xidmət edir. İmzalanmış dövlətlərarası sazişlərin reallığa çevrilməsi və nümayəndə heyətlərinin davamlı təmasları hər iki xalqın ümumi rifahına yönəlmiş bu səmimi, mehriban tərəfdaşlığın gələcəkdə daha böyük qlobal uğurlara imza atacağını əminliklə söyləməyə əsas verir.
Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20
YAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40
Sosial
05 Avqust 09:20
YAP xəbərləri
05 Avqust 09:07
İqtisadiyyat
05 Avqust 09:05
Dünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57

