Milli mətbuatımız – xalqın səsi, dövlətçiliyimizin etibarlı dayağı
22.07.2026 [10:45]
22 iyul Azərbaycan tarixində milli mətbuatın yaranması günü kimi böyük qürur hissi ilə qeyd olunur. Məhz 1875-ci il iyulun 22-də böyük maarifçi və ziyalı Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə ölkəmizdə milli mətbuatın əsası qoyulmuşdur. Bu tarixi hadisə xalqımızın maariflənməsi, milli özünüdərkin möhkəmlənməsi və ictimai fikrin inkişafında mühüm rol oynamışdır.
Azərbaycan mətbuatı ötən əsrlər ərzində müxtəlif tarixi mərhələlərdən keçərək milli maraqların qorunmasına, cəmiyyətin maariflənməsinə və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə böyük töhfələr vermişdir. Bu gün də media ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutur, dövlətlə cəmiyyət arasında etibarlı körpü rolunu oynayır.
Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyev mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. Onun rəhbərliyi dövründə söz və məlumat azadlığının təmin edilməsi istiqamətində mühüm addımlar atılmış, milli medianın inkişafı üçün əlverişli hüquqi baza formalaşdırılmışdır. 1998-ci ildə senzuranın ləğvi Azərbaycanın demokratik inkişaf tarixində mühüm hadisə olmaqla yanaşı, milli mətbuatın azad fəaliyyətinə geniş imkanlar yaratmışdır. Ulu Öndər hər zaman jurnalistləri dövlətçilik prinsiplərinə sadiq olmağa, obyektivliyi və peşəkarlığı qorumağa çağırırdı.
Bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində geniş islahatlar həyata keçirilmiş, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi və rəqəmsal medianın inkişafı istiqamətində mühüm layihələr reallaşdırılmışdır. Media haqqında qanunvericiliyin təkmilləşdirilməsi, peşəkar jurnalistikanın təşviqi və müasir informasiya mühitinin formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Xüsusilə Vətən müharibəsi dövründə Azərbaycan mediası peşəkarlıq və vətənpərvərlik nümayiş etdirərək dünya ictimaiyyətinə həqiqətlərin çatdırılmasında mühüm rol oynadı. Jurnalistlər informasiya cəbhəsində milli maraqlarımızı qətiyyətlə müdafiə etdilər, dezinformasiyalara qarşı mübarizədə fəal iştirak etdilər. Bu, bir daha göstərdi ki, güclü dövlətin güclü və məsuliyyətli mediası olmalıdır.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı medianın qarşısında yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də yaradır. Dəqiq, operativ və qərəzsiz məlumatın ictimaiyyətə çatdırılması, milli-mənəvi dəyərlərin qorunması və dövlət maraqlarının müdafiəsi hər bir jurnalistin əsas vəzifələrindəndir.
22 İyul – Milli Mətbuat Günü münasibətilə ölkəmizin bütün media nümayəndələrini, jurnalistləri və mətbuat işçilərini ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində yeni uğurlar, qələmlərinə qüvvət arzulayırıq. İnanırıq ki, Azərbaycan mətbuatı bundan sonra da Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ideyalarına və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə sadiq qalaraq ölkəmizin inkişafına, həqiqətlərimizin dünyaya çatdırılmasına və milli maraqlarımızın müdafiəsinə layiqli töhfələr verməyə davam edəcək.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56

