Azərbaycan–Almaniya əməkdaşlığında yeni imkanlar
24.07.2026 [10:37]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində Federal Kansler Fridrix Mertslə keçirdiyi görüş və mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyini bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışında səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan və Almaniya qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı daha da genişləndirmək əzmindədir.
Prezident İlham Əliyev bildirdi ki, səfər zamanı imzalanmış Birgə Bəyannamə strateji dialoqun başlanmasına zəmin yaradacaq və gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirəcək. Bu sənəd siyasi əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi və humanitar sahələrdə də yeni təşəbbüslərin həyata keçirilməsinə imkan verəcək.
Dövlət başçısı Almaniya ilə iqtisadi münasibətlərin inkişafı üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırdı. Azərbaycanda fəaliyyət göstərən çoxsaylı Almaniya şirkətlərinin uğurlu fəaliyyəti, qarşılıqlı investisiya imkanlarının müzakirə olunması və yeni layihələr üzrə irəli sürülən təkliflər tərəflərin uzunmüddətli tərəfdaşlığa xüsusi önəm verdiyini göstərir.
Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın da yeni mərhələyə qədəm qoyduğunu vurğuladı. Azərbaycanın təbii qazının artıq Almaniyaya ixrac edilməsi, neft tədarükünün davam etməsi və yaşıl enerji layihələrinin perspektivləri ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu daha da gücləndirir.
Çıxışda nəqliyyat və logistika sahəsində əməkdaşlıq imkanlarına da toxunulub. Prezident qeyd etdi ki, Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri ölkəmizi Avropa ilə Orta Asiya arasında mühüm tranzit mərkəzinə çevirib. Bu üstünlüklər Almaniya ilə yeni iqtisadi və ticari əlaqələrin inkişafı üçün əlverişli şərait yaradır.
Prezident İlham Əliyev regional sülh prosesindən bəhs edərək Azərbaycanın münaqişədən sonrakı dövrdə əməkdaşlıq və etimad mühitinin formalaşdırılması istiqamətində ardıcıl addımlar atdığını diqqətə çatdırdı. Dövlət başçısı Almaniyanın bu prosesə verdiyi dəstəyi yüksək qiymətləndirərək bildirdi ki, bölgədə davamlı sülh və sabitlik bütün tərəflərin maraqlarına xidmət edir.
Bəyanatda Avropa İttifaqı ilə münasibətlərin inkişafı da xüsusi vurğulandı. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan Avropa ilə əlaqələrini qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirməyə davam edir. Berlin görüşü isə bu əməkdaşlığın gələcək perspektivlərini daha da genişləndirən mühüm siyasi hadisə kimi yadda qalır.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

