Ana dilinə ehtiram milli dövlətçiliyə sədaqətin ifadəsidir
30.07.2026 [10:01]
Hər bir xalqın milli varlığını yaşadan, onu tarix boyunca bir millət kimi qoruyub saxlayan ən mühüm amillərdən biri ana dilidir. Azərbaycan dili də xalqımızın zəngin mədəni irsini, milli düşüncə tərzini və mənəvi dəyərlərini özündə yaşadan misilsiz sərvətdir. Məhz buna görə də hər il avqustun 1-də qeyd olunan "Azərbaycan əlifbası və Azərbaycan dili günü" təkcə dil bayramı deyil, həm də milli kimliyimizin, dövlətçilik ənənələrimizin və tarixi yaddaşımızın təntənəsi kimi böyük əhəmiyyət daşıyır.
Müstəqil Azərbaycan dövlətində ana dilinin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs dayanır. Ulu Öndər yaxşı bilirdi ki, milli dili qorumaq xalqın mənəvi bütövlüyünü və dövlət müstəqilliyini qorumaq deməkdir. Onun təşəbbüsü ilə hələ sovet hakimiyyəti illərində Azərbaycan dilinin dövlət dili statusunun qorunub saxlanılması milli maraqların müdafiəsi baxımından mühüm siyasi nailiyyət oldu.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyev ana dilinin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirdi. Latın qrafikalı Azərbaycan əlifbasına keçid, dövlət orqanlarında, təhsil müəssisələrində və kütləvi informasiya vasitələrində yeni əlifbanın tətbiqinin təmin edilməsi, milli kitab fondunun latın qrafikası ilə yenidən nəşri istiqamətində atılan addımlar dil siyasətinin ardıcıl və sistemli şəkildə həyata keçirildiyini göstərirdi. Məhz onun 2001-ci il tarixli Fərmanı ilə avqustun 1-i "Azərbaycan əlifbası və Azərbaycan dili günü" elan edildi və bu əlamətdar tarix dövlət səviyyəsində qeyd olunmağa başladı.
Ümummilli lider Heydər Əliyev çıxışlarında dəfələrlə bildirirdi ki, ana dili xalqın milli sərvəti, onun mənəvi pasportudur. "Dilimiz çox zəngin və ahəngdar dildir. Biz bu dili qorumalı, inkişaf etdirməli və gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq" fikri Ulu Öndərin dil siyasətinin əsas mahiyyətini ifadə edir. Onun yanaşmasına görə, ana dilinə qayğı yalnız filoloqların və ya ziyalıların deyil, bütövlükdə cəmiyyətin ümumi məsuliyyətidir.
Bu gün həmin siyasi xətt Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dilinin hüquqi bazasının daha da möhkəmləndirilməsi, rəqəmsal mühitdə istifadəsinin genişləndirilməsi, dövlət dilinin normalarının qorunması və ədəbi dil mədəniyyətinin təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xüsusilə dövlət dilinin saflığının qorunmasına dair qəbul olunmuş mühüm qərarlar və proqramlar Azərbaycan dilinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycan dili xalqımızın milli sərvətidir və müstəqil dövlətimizin ən mühüm rəmzlərindən biridir. Onun təşəbbüsü ilə klassik irsimizin nəşri, Azərbaycan dilində elektron resursların artırılması, lüğətçilik sahəsinin inkişaf etdirilməsi və gənc nəslin ana dilində yüksək nitq mədəniyyətinə yiyələnməsi istiqamətində mühüm layihələr reallaşdırılır. Bu siyasət milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, Azərbaycan dilinin müasir dünyanın informasiya məkanında layiqli yer tutmasına da xidmət edir.
Azərbaycan əlifbası və Azərbaycan dili günü hər bir vətəndaşı ana dilinin saflığını qorumağa, onu düzgün və zəngin şəkildə işlətməyə çağıran mühüm ictimai məna daşıyır. Çünki dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın tarixi, mədəniyyəti, dünyagörüşü və milli ruhunun daşıyıcısıdır. Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dili bu gün həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə öz nüfuzunu daha da artırır. Bu siyasət ana dilimizin gələcək nəsillərə daha zəngin, daha güclü və daha nüfuzlu şəkildə ötürülməsinin etibarlı təminatıdır.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

