Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının yaranmasının 21-ci ildönümü qeyd olunub
22.02.2014 [13:30]
Fevralın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, YAP rayon təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü, professor Zahid Qaralov tədbir iştirakçılarını təbrik edərək deyib: “1992-ci ildə Azərbaycanı xaos və anarxiyadan xilas etmək üçün ziyalılar Ulu öndər Heydər Əliyevin ətrafına toplaşmış və xalqın görkəmli oğlunun rəhbərliyi ilə yeni partiyanın yaradılması ideyası meydana çıxmışdır. Bu ideyanın həyata keçirilməsi üçün Səbail rayonu ərazisində yaşayıb fəaliyyət göstərən 17 nəfər alim və ziyalıdan ibarət təşkilat komitəsi yaradılmışdır. Təşkilat komitəsinin üzvləri yerlərdə ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirərək Heydər Əliyevin rəhbərliyi ilə yeni partiyanın yaradılması fikrini onlara çatdırırdılar. Görüşlərin keçirilməsi onu göstərdi ki, xalqımız birmənalı olaraq Heydər Əliyevin hakimiyyətə qayıtmasını istəyir və məhz Onun Azərbaycanı böhrandan çıxara biləcəyinə inanır”.
Rayon təşkilatının sədri deyib ki, 1992-ci ilin noyabrında Naxçıvanda YAP-ın təsis konfransı keçirilib və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilib. Bundan sonra partiyanın təşkilatlanma prosesi başlayıb. Cəmiyyətin bütün təbəqələrinin təmsilçiləri Heydər Əliyevin rəhbərlik etdiyi partiyaya üzv olmaq istəyirdilər. Bu istək xalqın Heydər Əliyevin dövlətçilik təcrübəsinə inamından irəli gəlirdi.
Z.Qaralov bildirib ki, 1993-cü il fevralın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalına toplaşmış 226 nəfər alim və pedaqoqun iştirakı ilə YAP Səbail rayon təşkilatının təsis konfransı keçirilib və qurum fəaliyyətə başlayıb. Təsis konfransını keçirən, rayon təşkilatını yaradan və onun ilk üzvü olan 226 nəfərin bu gün 24 minə çatması həqiqətən fəxr etməli böyük inkişaf deməkdir. O vaxt partiyada təmsil olunan 18-35 yaşlı gənclərin sayı 18 nəfər, qadınların sayı 14 nəfər idi. Bu gün isə gənclərin sayı 15 min 700, qadınların sayı isə 13 min 300 nəfərdir. Bu, onu deməyə əsas verir ki, gənclər bizim partiyaya, onun əvvəlki və indiki rəhbərlərinə inanır, öz gələcəklərini partiyanın inkişafında görürlər. Bu gün YAP Səbail rayon təşkilatında 110 ilk ərazi təşkilatı fəaliyyət göstərir. Bu, çox əlamətdar göstəricidir. İlk təşkilatların əksəriyyəti 1993-1995-ci illərdə yaradılıb. Bu təşkilatlarda işləyən minlərlə partiya üzvü - alim, ictimai-siyasi xadim, deputat təkcə rayon və Bakı şəhəri ərazisində deyil, bütövlükdə respublikada geniş fəaliyyət göstərir, böyük müəssisələrə rəhbərlik edir, ölkənin, regionların inkişafına töhfə verir, seçki kompaniyalarının təşkilində, keçirilməsində fərqlənirlər.
Heydər Əliyevin elmi irsinin, dövləti və cəmiyyəti idarəetmə təcrübəsinin öyrənilməsinə, təbliğinə aid elmi əsərlərin çox hissəsi də YAP Səbail rayon təşkilatında çalışan alimlər, siyasi xadimlər tərəfindən yazılıb çap edilib və xalqa çatdırılıb.
Bu gün Heydər Əliyevin siyasi kursunu uğurla davan etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyada öz layiqli yerini tutub.
Sonra ərazi ilk təşkilatları sədrlərinin çıxışları dinlənilib, perspektiv planlar müəyyən edilib, YAP Səbail rayon təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Sonda təşkilatın formalaşmasında, inkişafında əməyi olan qocaman partiya üzvlərinə və işində fərqlənənlərə Fəxri fərmanlar və mükafatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

