Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası
16.09.2026 [16:45]
11-12 sentyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri baş tutdu. Bu səfər azad edilmiş ərazilərə təşkil olunan 22-ci səfər idi və miqyasına görə ən genişlərindən biri oldu. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik heyət iştirak etdi. Heyət Xankəndi, Şuşa, Xocalı, Ağdam, Laçın, Gəncəsər və Xudavəng monastır komplekslərində aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramı və tarixi abidələrin qorunması prosesi ilə yerində tanış oldu.
Bu şəffaf təşəbbüs beynəlxalq ictimaiyyəti reallıqlarla tanış etmək məqsədi daşıyırdı. Lakin məhz bu reallıq Ermənistanda revanşist düşərgədə kəskin qıcıq yaratdı.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir və təəssüf doğurur.
Qarabağ Azərbaycanın suveren ərazisidir. Ermənistanın özü dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edib. Diplomatik korpusun son səfəri göstərir ki, onların təmsil etdikləri ölkələr birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyirlər
Ermənistanın, ümumiyyətlə Qafqaz Albaniyası irsinə belə reaksiyası irqçilik kimi qiymətləndirilə bilər. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə yaxşı məlumdur. Gəncəsər və Xudavəng Alban Həvari Kilsəsinin mərkəzləri olub, onların memarlıq üslubu, xaç formaları və tarixi mənbələr bunu sübut edir.
Ermənistan cəmiyyətində Qafqaz Albaniyasının və onun mədəni irsinin inkarı, faktiki irqçilikdir. Ermənistan həqiqətə dözümsüzdür.
Ermənistan daxilində revanşist qüvvələr var. Lakin onlar təkcə müxalifətdə deyil. Təhlillər göstərir ki, yayılan bu məlumatlar və kampaniya arxasında Ermənistan hakimiyyətinin özü dayanır. Belə ki, bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın resurslarda gedib. Rəsmi İrəvan susqunluq nümayiş etdirərək bir tərəfdən beynəlxalq ictimaiyyətə sülh mesajı verir, digər tərəfdən gizli şəkildə revanşist qüvvələri diri saxlayır.
Bütün baş verənlər rəsmi İrəvanın sülh prosesində bir daha qeyri-səmimiliyini nümayiş etdirir. Faktiki Ermənistan müharibədə məğlub olduğu üçün sülhə məcbur edilib. 2023-cü ildən sonra Paşinyan hakimiyyətinin sadəcə olaraq sülhə getməkdən başqa yolu qalmamışdır. Ermənistan hakimiyyətinin dirijorluğu ilə son açıqlamalar və paylaşımlar kampaniya xarakteri daşıyır və Ermənistanın qəsdən sülh prosesinə zərbə endirmək niyyətini göstərir.
Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. İrəvanda Göy məsciddən başqa demək olar ki, azərbaycanlı izi saxlanmayıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.
Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa görə mədəni irsin qəsdən məhv edilməsi ciddi məsuliyyət yaradır. Ermənistan Gəncəsər və Xudavəngdən danışmazdan əvvəl Qərbi Azərbaycanda məhv etdiyi yüzlərlə məscid və minlərlə tarixi abidənin hesabını verməlidir.
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura 22-ci səfəri Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq aləmdə bir daha təsdiqi oldu. Erməni revanşist qüvvələrin reaksiyası isə göstərdi ki, sülh təkcə sənəd imzalamaq deyil, həm də cəmiyyətlərin yeni reallığı qəbul etməsidir. Ermənistan üçün ən yaxşı yol revanşist çağırışlardan və tarixi təhriflərdən imtina edərək sülhə və regionun gələcək inkişafına diqqət yetirməkdir. Əks halda revanşist qüvvələrin fəaliyyəti ilk növbədə Ermənistanın öz gələcəyinə zərər verəcək.
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35

