Türk dünyasının və İslam aləminin birliyinə çağırış: Bakıdan verilən mühüm mesajlar
17.09.2026 [11:35]
Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri, şairi və filosofu Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi mühüm ictimai-mənəvi hadisə kimi diqqət çəkir. Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tədbirlərin iştirakçılarını qəbul edib və görüşdə geniş nitq söyləyib. Görüşdə TDT-nin üzv və müşahidəçi dövlətlərinin dini rəhbərləri, Qafqazın müxtəlif dini qurumlarının nümayəndələri, Müsəlman Ağsaqqalları Şurasının və İslam dünyasının nüfuzlu təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Prezident İlham Əliyev çıxışında Şuranın 7-ci toplantısının və Yəhya Bakuvi Beynəlxalq Konfransının eyni vaxtda Bakıda keçirilməsinin böyük məna daşıdığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz dahi şəxsiyyətləri, mütəfəkkirləri və şairləri ilə fəxr edir. XV əsrdə yaşamış Seyid Yəhya Bakuvi də Azərbaycanın dünya elmi-fəlsəfi və mənəvi fikir xəzinəsinə bəxş etdiyi böyük şəxsiyyətlərdəndir. Onun irsi yalnız Azərbaycan üçün deyil, İslam dünyası üçün də mühüm mənəvi dəyər kimi təqdim olunur.
Bu baxımdan Bakıda keçirilən konfransın əhəmiyyəti yalnız tarixi şəxsiyyətin irsinin öyrənilməsi ilə məhdudlaşmır. Tədbir həm də müasir dünyada dini-mənəvi dəyərlərin, mötədilliyin, qarşılıqlı hörmətin və sülh mədəniyyətinin təşviqi baxımından əhəmiyyətlidir.
Azərbaycan xalqı bir yumruq kimi birləşərək ərazi bütövlüyünü və suverenliyini bərpa edib
Prezident İlham Əliyev çıxışında Azərbaycanın keçdiyi tarixi yola da toxunaraq Qarabağ məsələsinin həlli prosesində xalqın birlik və həmrəyliyinin rolunu xüsusi qeyd edib. Dövlət başçısının sözlərinə görə, Azərbaycan xalqı qan tökərək və döyüşərək torpaqlarını azad edib, öz hüququnu və milli ləyaqətini bərpa edib.
Prezident çıxışında xüsusi olaraq vurğulayıb ki, “Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir.” Bu fikir Azərbaycanın 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi milli birlik və həmrəyliyin dövlət başçısının çıxışında necə qiymətləndirildiyini ifadə edir.
Dövlət başçısı, eyni zamanda, bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtdığını diqqətə çatdırıb. O, dini abidələrin, xüsusilə məscidlərin bərpasına da toxunaraq Ağdam məscidinin bərpa edilən ilk obyektlərdən biri olduğunu bildirib.
Prezident İlham Əliyev çıxışında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətinə də xüsusi qiymət verib. Dövlət başçısı Şeyx həzrətlərinin Azərbaycanda, Qafqazda, Türk dünyasında, İslam aləmində və dünyada böyük hörmətə malik şəxsiyyət olduğunu bildirib.
Prezident onun fəaliyyəti və təşəbbüsü ilə keçirilən tədbirlərin Azərbaycan, Qafqaz, Türk dünyası və İslam aləmi üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Görüşdə Prezident İlham Əliyev Azərbaycanla Avropa qurumları arasındakı münasibətlərə dair sərt fikirlər də səsləndirib. O, Qarabağ münaqişəsi və işğal dövründə beynəlxalq təşkilatların mövqeyini tənqid edib, Avropa Parlamenti ilə bağlı kəskin qiymətləndirmə verib.
Dövlət başçısı çıxışında “Avropa Parlamenti rüşvətxorlar yuvasıdır” ifadəsini işlədib və bu fikri Avropa Parlamentinin keçmiş vitse-prezidenti ilə bağlı korrupsiya qalmaqalı barədə öz mövqeyi ilə əlaqələndirib.
Çıxışın mühüm istiqamətlərindən biri də sülh və sabitlik məsələsi olub. Prezident İlham Əliyev Azərbaycanın hazırda sülh gündəliyinə sadiq olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh şəraitinin qorunması ilə yanaşı, regionda və dünyada baş verən proseslər nəzərə alınmalı, qarşıdurmaların genişlənməsinin qarşısının alınması üçün səylər artırılmalıdır.
Dövlət başçısının vurğuladığı kimi, “Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq və sülhü qorumaq üçün hər birimiz böyük səylər göstərməliyik.” Bu çağırış Bakıda bir araya gəlmiş dini liderlərin üzərinə düşən mənəvi məsuliyyətin də əhəmiyyətini göstərir.
Beləliklə, Bakıda keçirilən Şuranın 7-ci toplantısı və Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans Türk dünyasının, İslam aləminin və Qafqazın dini-mənəvi liderlərini bir araya gətirməklə yanaşı, sülh, həmrəylik, qarşılıqlı hörmət və əməkdaşlıq ideyalarının önə çəkilməsi baxımından da diqqət çəkir. Tədbir Azərbaycanın Türk dünyası ilə əlaqələrinin və İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində keçirilən beynəlxalq platformalardan biri kimi yadda qalır. Prezidentin çıxışında səsləndirilən əsas çağırış isə aydındır: regionda əldə olunan sülhün qorunması, Türk dünyasının və Qafqazın sabitliyinin təmin olunması üçün dövlətlər, dini liderlər və xalqlar birgə səylər göstərməlidirlər.
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35

