Qələbələrimiz xalqımız üçün müstəsna əhəmiyyət daşıyır
17.09.2026 [12:28]
Azərbaycan 44 günlük Vətən Müharibəsində möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı. Bundan sonrakı mərhələdə isə cəmi bir günlük antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi, sərhədlərimiz bütövləşdi. Bu tarixi uğurlar dünya durduqca Azərbaycan xalqının əbədi qürur mənbəyi olacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi nəticəsində Azərbaycanın qüdrətli ordusu bu Qələbəyə imza atıb. Azərbaycan dövləti həm uzun illər davam edən erməni işğalına son qoyub, həm də separatizmin və terrorçuluğun kökünü tarixi ərazilərimizdən birdəfəlik kəsib. Ölkəmiz həm də işğalçı Ermənsitanı dəstəkləyən, separatizmi qızışdıran bəzi beynəlxalq siyasi dairələri, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən ölkələri yerində oturdub. Məhz həmin qüvvələrin dəstəyi və havadarlığı ilə Ermənistan 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirdi.
Ermənsitanın siyasi rəhbərliyi işğalı davam etdirməyə, Qarabağda fəaliyyət göstərən separatçı rejimə dəstək verməyə çalışırdı. Lakin, Azərbaycan öz ordusunun gücü ilə istəyinə nail oldu və dünyada bənzəri olmayan siyasi iradə və qətiyyət, yüksək səviyyədə hərbi peşəkarlıq nümayiş etdirdi. 2020-ci ildə əldə edilən Zəfərdən sonra ölkəmiz üçün yeni bir mərhələ başlandı – dövlət suverenliyinin tam bərpası və ərazi bütövlüyünün təmin olunması. Bu prosesin kulminasiya nöqtəsi isə 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal antiterror tədbirləri oldu. Bu əməliyyatlar nəticəsində Azərbaycan öz suverenliyini bütün ərazilərində, o cümlədən Qarabağ bölgəsində tam bərpa etdi. Bu tarixi hadisə, həmçinin beynəlxalq ictimaiyyətə bir daha nümayiş etdirdi ki, Azərbaycan dövləti öz ərazisində istənilən qeyri-qanuni silahlı birləşməyə, separatizmə və qanunsuzluğa qarşı dərhal və adekvat tədbirlər görmək əzmindədir. Bu bütün dünyaya heç kimin Azərbaycanın suverenliyini poza bilməyəcəyini, ərazi bütövlüyümüzü hədəf ala bilməyəcəyini və ola biləcək bütün tədbirlərə operativ cavab vermək qabiliyyətində olduğumuzu sübut etdi. Eyni zamanda, yeni geosiyasi reallıqlar fonunda Azərbaycan artıq regional lider və qlobal orta güc kimi çıxış edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncam imzalaması hər birimiz üçün əvəzedilməz sevinc və qürur hissi yaşadır. Bu tarixi Qələbələrimiz Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət daşıyan hadisədir.
Alidə Aslanova
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

