Suverenliyimizin bərpası – dövlətçilik tariximizin möhtəşəm Zəfəri
17.09.2026 [21:58]
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı
Dövlətçilik tariximizin ən mühüm səhifələrindən birini təşkil edən 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və tarixi Zəfərinin rəmzidir. Bu əlamətdar gün ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasını təcəssüm etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni və qürurverici bir mərhələnin başlanğıcını ifadə edir.
Prezident İlham Əliyevin Sərəncamında vurğulandığı kimi, xalqımız tarixinin müxtəlif mərhələlərində ağır sınaqlarla, işğal və məhrumiyyətlərlə üzləşsə də, müstəqillik və dövlətçilik əzmini heç bir qüvvə sarsıda bilməyib. Bu gün Azərbaycan xalqı öz müstəqil dövlətinə sahibdir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası isə qəhrəman əsgər və zabitlərimizin, Vətən uğrunda canından keçmiş şəhidlərimizin qanı və fədakarlığı hesabına mümkün olub. Bu baxımdan suverenlik yalnız siyasi-hüquqi anlayış deyil, həm də xalqımızın milli iradəsinin, dövlətçilik yaddaşının və Vətən sevgisinin ifadəsidir.
20 Sentyabr tarixinin mahiyyəti 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirlərinin nəticələri ilə sıx bağlıdır. Bir gündən az davam edən əməliyyat nəticəsində Azərbaycan Respublikasının bütün ərazisində dövlət hakimiyyətinin və qanunun aliliyinin təmin edilməsi üçün şərait yaradıldı, dövlət suverenliyi tam bərpa edildi. Azərbaycan Ordusunun peşəkarlığı, qətiyyəti və yüksək döyüş qabiliyyəti ölkəmizin dövlətçilik tarixində yeni səhifə açdı.
Prezident İlham Əliyev 20 sentyabr 2024-cü ildə Xankəndidə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə bu tarixi hadisənin mahiyyətini xüsusi vurğulayaraq bildirmişdir: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir”. Dövlət başçısının qeyd etdiyi kimi, həmin əməliyyat nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmiş, beynəlxalq hüquq zəfər çalmış və ölkəmiz öz gücünü bir daha nümayiş etdirmişdir.
Bu Zəfər 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbənin məntiqi davamı olmaqla, Azərbaycanın müstəqil dövlət kimi öz ərazisində tam hakimiyyətini təmin etməsinin hüquqi və siyasi nəticəsi oldu. Bu gün üçrəngli Azərbaycan Bayrağının Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və Qarabağın bütün guşələrində dalğalanması dövlət suverenliyimizin real təcəssümüdür.
Dövlət suverenliyi dövlətin öz ərazisində ali hakimiyyətə malik olmasını, milli iradəyə əsaslanan idarəetməni və qanunun aliliyini təmin etməsini ifadə edən fundamental prinsipdir. Azərbaycanın suverenliyinin tam bərpası yalnız tarixi torpaqlarımız üzərində dövlət nəzarətinin təmin edilməsi deyil, eyni zamanda vahid hüquqi və siyasi məkanın bərqərar olması deməkdir.
Bu gün 20 Sentyabr Azərbaycan xalqının yaddaşında həm Zəfər, həm qürur, həm də məsuliyyət günü kimi yaşayır. Çünki əldə olunan suverenliyin qorunması və möhkəmləndirilməsi hər bir vətəndaşın dövlətçilik qarşısında məsuliyyətini daha da artırır. Suveren dövlət güclü institutlara, qanunun aliliyinə, milli həmrəyliyə və gələcəyə inamlı cəmiyyətə söykənir.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri də Zəfərin yeni mərhələsini – yaradıcı və qurucu mərhələni nümayiş etdirir. Vaxtilə dağıntıların hökm sürdüyü ərazilərdə şəhər və kəndlərin yenidən qurulması, insanların doğma yurdlarına qayıdışı dövlət suverenliyinin yalnız hərbi deyil, həm də sosial, iqtisadi və humanitar mahiyyətini ortaya qoyur.
20 Sentyabr bundan sonra da Azərbaycan xalqının yaddaşında dövlətimizin gücünün, Ordumuzun qəhrəmanlığının və milli birliyimizin simvolu kimi yaşayacaq. Bu əlamətdar tarix bizə bir daha xatırladır ki, suverenlik dövlətin ən böyük sərvəti, müstəqillik isə gələcək nəsillərə ötürülməli ən qiymətli mirasdır.
Xəbər lenti
Hamısına baxGündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40

