Dövlət bayrağı suveren Azərbaycanın bütün ərazilərində qürurla dalğalanır
18.09.2026 [14:30]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Azərbaycanın dövlətçilik tarixində 20 sentyabr müstəsna siyasi və tarixi məna daşıyır. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə bu günün Dövlət Suverenliyi Günü kimi təsis edilməsi Azərbaycanın bütün ərazilərində dövlət hakimiyyətinin aliliyinin və konstitusiya quruluşunun tam bərpasına verilən yüksək qiymətin ifadəsidir.
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycan xalqı da tarixən üzləşdiyi ağır sınaqlara, işğala və məhrumiyyətlərə baxmayaraq, müstəqillik və dövlətçilik əzmini qoruyub saxlayıb. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra müasir Azərbaycan dövlətinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilib.
Azərbaycan uzun illər suverenlik hüququnun pozulması ilə üzləşib. Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin bir hissəsi işğal olunub, 1 milyondan artıq soydaşımız doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlərimiz dağıdılıb. Beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü daim tanıyıb. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etsə də, təxminən 30 il davam edən danışıqlar nəticə verməyib. Azərbaycan isə öz iqtisadi və hərbi potensialını gücləndirərək ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi bu istiqamətdə həlledici mərhələ olub. Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük Zəfər qazanıb, ərazilərimizin böyük hissəsi işğaldan azad edilib. Şuşanın azad olunması müharibənin taleyini həll edən əsas hadisələrdən biri olub. Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edilib, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılıb.
Lakin dövlət suverenliyinin tam bərpası üçün qarşıda mühüm vəzifə qalırdı. Qarabağda separatçı rejimin mövcudluğu və Ermənistan silahlı qüvvələrinin qalıqlarının fəaliyyəti Azərbaycanın öz ərazisində tam hakimiyyətini həyata keçirməsinə mane olurdu.
2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın dövlət sərhədləri üzərində nəzarətinin təmin olunması istiqamətində mühüm addım olub. Həmin il sentyabrın 19-20-də isə Qarabağda genişmiqyaslı təxribatların qarşısının alınması və konstitusiya quruluşunun bərpası məqsədilə antiterror tədbirlərinə başlanılıb. Cəmi 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində separatçı silahlı birləşmələr təslim olub və qanunsuz rejim fəaliyyətini dayandırıb. Bununla da Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin aliliyi və konstitusiya quruluşu bərpa edilib, dövlət suverenliyi tam təmin olunub.
20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi məhz bu tarixi nəticənin əbədiləşdirilməsinə xidmət edir. Bu tarix 1991-ci ildə bərpa edilmiş dövlət müstəqilliyindən 2020-ci il Zəfərinə, oradan da 2023-cü ildə suverenliyin tam bərpasına qədər uzanan tarixi yolun məntiqi nəticəsidir.
Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur yaradılır, Böyük Qayıdış prosesi davam etdirilir. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Şuşa, Laçın, Kəlbəcər və digər ərazilərdə həyatın yenidən qurulması Azərbaycanın tam suverenlik şəraitində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da dövlətçilik baxımından xüsusi məna daşıyır. Konstitusiyanın aliliyinin ölkənin bütün ərazisində təmin edilməsi Azərbaycanın müstəqil və suveren dövlət kimi inkişafının əsas şərtlərindən biridir.
Bu gün dövlət bayrağı suveren Azərbaycanın bütün ərazilərində qürurla dalğalanır. 20 sentyabr Azərbaycan xalqının müstəqillik iradəsinin, dövlətçilik əzminin və milli həmrəyliyinin təcəssümüdür. Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına əldə edilən ərazi bütövlüyü və dövlət suverenliyi xalqımızın ən qiymətli milli sərvətlərindəndir.
Dövlət Suverenliyi Günü Azərbaycanın öz ərazisinə, siyasi iradəsinə və gələcəyinə tam sahib olduğunu nümayiş etdirən əlamətdar tarixdir. Bu gün ölkəmiz tam suverenlik şəraitində inkişaf edir, azad edilmiş ərazilərin bərpasını və Böyük Qayıdışı davam etdirir, gələcəyini milli maraqları əsasında müstəqil şəkildə müəyyənləşdirir.
Xəbər lenti
Hamısına baxFormula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
Elm
23 Sentyabr 10:30
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59
Dünya
22 Sentyabr 14:58
Dünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53

