Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın VIII Qurultayında yeni dövrün strateji hədəfləri və Azərbaycanın qarşısında duran vəzifələr

YAP-ın VIII Qurultayında yeni dövrün strateji hədəfləri və Azərbaycanın qarşısında duran vəzifələr

06.10.2026 [14:22]

            Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı Azərbaycanın ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan hadisə kimi tarixə düşdü. 2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilən qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni siyasi və geosiyasi şəraitdə baş tutdu. Dövlətimizin başçısı çıxışında ölkəmizin keçdiyi tarixi yolu, Yeni Azərbaycan Partiyasının dövlətçilik tariximizdəki rolunu, əldə olunan Zəfəri və qarşıda duran strateji vəzifələri geniş şəkildə diqqətə çatdırdı.

            Yeni siyasi mərhələnin qurultayı

            Prezident İlham Əliyev qeyd etdi ki, YAP-ın VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, partiyanın fəaliyyətinin və siyasi xəttinin Azərbaycanla bərabər, bütövlükdə region üçün də böyük əhəmiyyət daşıdığını nümayiş etdirir. Bu gün Yeni Azərbaycan Partiyası yalnız Azərbaycanın deyil, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi özünü təsdiqləyib.

            VIII Qurultayın əsas xüsusiyyətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilməsidir. Prezident İlham Əliyev çıxışında bildirdi ki, 2020-ci ildə əldə edilmiş Zəfərdən sonra Azərbaycan bölgədə yeni reallıqlar yaradıb və bu reallıqlar artıq dünya tərəfindən qəbul edilir. 20 sentyabr 2023-cü il isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması baxımından mühüm tarixi mərhələ kimi qiymətləndirildi.

            YAP – xalqın iradəsinin siyasi ifadəsi

            Prezident İlham Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətində xalqın iradəsinin ifadəsi olduğunu vurğuladı. 1992-ci ildə Naxçıvanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP Azərbaycanın gələcək qələbələrinin başlanğıc nöqtələrindən biri kimi qiymətləndirildi.

            Həmin dövrdə Azərbaycan ağır siyasi, iqtisadi və sosial böhranla üz-üzə idi. Ölkənin müxtəlif ərazilərinin işğal olunması, iqtisadiyyatın tənəzzülü, enerji çatışmazlığı, yüksək inflyasiya və siyasi qeyri-sabitlik dövlətçiliyimiz üçün ciddi təhlükələr yaradırdı. Belə bir şəraitdə xalqın Heydər Əliyevə olan inamı və onun siyasi hakimiyyətə qayıdışı Azərbaycanın xilasını və dövlətçiliyimizin möhkəmlənməsini təmin edən mühüm amillərdən biri oldu.

            Heydər Əliyev siyasi kursu – Azərbaycanın inkişaf strategiyasının əsası

            Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət quruculuğu prosesi sürətləndirildi, ölkənin beynəlxalq əlaqələri genişləndirildi, iqtisadi inkişafın fundamental əsasları yaradıldı. Prezident İlham Əliyev çıxışında bu siyasi kursun bu gün də davam etdirildiyini xüsusi vurğuladı.

            1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu. Xarici investisiyaların ölkəyə cəlb edilməsi, enerji layihələrinin həyata keçirilməsi və Azərbaycanın beynəlxalq iqtisadi sistemə daha sıx inteqrasiyası sonrakı inkişaf üçün mühüm zəmin yaratdı.

            Bu siyasətin davamı olaraq Azərbaycan son illərdə iqtisadiyyatını şaxələndirib, qeyri-neft sektorunun inkişafına diqqəti artırıb, sənaye və aqrar sahədə yeni imkanlar yaradıb. Prezidentin VIII Qurultaydakı çıxışı da bu inkişaf strategiyasının yeni mərhələdə davam etdiriləcəyini göstərdi.

            Zəfərdən sonra yeni reallıqlar

            Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfər ölkəmizin siyasi tarixində yeni mərhələ açdı. İşğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi, 2023-cü ildə isə Azərbaycanın suverenliyi tam bərpa olundu.

            Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan bu tarixi nəticəyə ciddi müqavimət və təzyiqlərlə üzləşməsinə baxmayaraq nail olub. Dövlətin qətiyyətli siyasəti, xalqın həmrəyliyi və vahid mövqeyi ölkəmizə qarşı yönəlmiş müxtəlif təzyiqlərin qarşısının alınmasında mühüm rol oynadı.

            Bu baxımdan VIII Qurultay Azərbaycanın qalib və suveren dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi platforma oldu.

            Qarabağ və Şərqi Zəngəzurun bərpası əsas prioritetdir

            Prezident İlham Əliyevin çıxışında qarşıda duran ən mühüm vəzifələrdən biri kimi Qarabağın və Şərqi Zəngəzurun bərpası xüsusi yer tutdu. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, yeni yaşayış məntəqələri salınır, yollar, məktəblər, xəstəxanalar, enerji və digər infrastruktur obyektləri yaradılır.

            Qurultayda səsləndirilən məlumata görə, həmin ərazilərin inkişafına artıq 28 milyard manat vəsait yönəldilib və keçmiş məcburi köçkünlərin Böyük Qayıdışı davam etdirilir. Artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Qarabağ və Şərqi Zəngəzurda həyatın bərpası Azərbaycanın dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri olaraq qalır.

            Azərbaycanın artan beynəlxalq və regional əhəmiyyəti

            Prezident İlham Əliyev çıxışında Azərbaycanın beynəlxalq və regional əhəmiyyətinin getdikcə artmasına da diqqət çəkdi. Bu gün ölkəmiz mühüm geosiyasi, enerji və nəqliyyat layihələrinin iştirakçısı və təşəbbüskarıdır.

            Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində oynadığı rol ölkəmizin tranzit imkanlarını genişləndirir. Prezident çıxışında bildirdi ki, 2026-cı ildə Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcminin 16 milyon tona çatacağı gözlənilir. Orta müddətli perspektivdə bu göstəricinin 30 milyon tona çatdırılması qarşıya məqsəd qoyulub. Bu isə yeni gəlirlər, yeni iş yerləri və Azərbaycanın regional əhəmiyyətinin daha da yüksəlməsi deməkdir.

            Müasir ideoloji iş və Azərbaycan həqiqətləri

            Qurultayda xüsusi diqqət çəkən məsələlərdən biri də ideoloji işin müasir dövrün tələblərinə uyğun qurulması ilə bağlı fikirlər oldu. Prezident İlham Əliyev bildirdi ki, ideoloji fəaliyyət formal tədbirlərlə məhdudlaşmamalı, müasir informasiya imkanlarından səmərəli istifadə edilməlidir.

            Azərbaycanın əldə etdiyi nailiyyətlərin, həyata keçirilən layihələrin və ölkəmizin real vəziyyətinin cəmiyyətə düzgün çatdırılması mühüm vəzifə kimi qarşıya qoyulur. Azərbaycanın həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması da bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan öz tarixini təhrif etməyə və miflər yaratmağa ehtiyac duymur. Ölkəmizin əldə etdiyi nəticələr real faktlara və konkret uğurlara əsaslanır.

            Qarşıda duran vəzifələr və YAP üzvlərinin məsuliyyəti

            VIII Qurultay həm də Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr müəyyənləşdirən mühüm siyasi platforma oldu. Dövlətimizin başçısı partiyanın bütün üzvlərini və fəallarını qarşıda duran tarixi vəzifələrin yerinə yetirilməsində fəal iştirak etməyə çağırdı.

            Bu gün YAP qarşısında yalnız siyasi fəaliyyətin davam etdirilməsi deyil, həm də dövlətçilik dəyərlərinin qorunması, gənc nəslin milli ruhda yetişdirilməsi, Azərbaycan həqiqətlərinin təbliği və ölkənin sosial-iqtisadi inkişafına töhfə vermək kimi mühüm vəzifələr dayanır.

            Yeni Azərbaycan Partiyasının VIII Qurultayı göstərdi ki, Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açılır. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ilə tarixi bir mərhələ başa çatıb, indi isə əsas hədəf əldə edilmiş Zəfərin nəticələrini möhkəmləndirmək, dayanıqlı inkişafı təmin etmək və Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirməkdir.

            Prezident İlham Əliyevin qurultaydakı çıxışı bu baxımdan yalnız görülən işlərin qiymətləndirilməsi deyil, həm də Azərbaycanın gələcək inkişaf istiqamətlərinə dair mühüm siyasi mesajlarla zəngin proqram xarakterli çıxış kimi qiymətləndirilə bilər. YAP-ın VIII Qurultayı Azərbaycanın qalib, suveren və inkişaf edən dövlət kimi yeni mərhələdə qarşıya qoyduğu məqsədlərə doğru inamla irəlilədiyini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısının çıxışının sonunda səsləndirdiyi “Partiyamıza yeni qələbələr arzulayıram” fikri isə qarşıdakı dövr üçün siyasi iradənin və gələcəyə inamın ifadəsi oldu.

Rauf Nəcəfov

YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Paylaş:
Baxılıb: 29 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Britaniya geri dönür?

06 Oktyabr 09:40

Analitik

Sosial

Sosial

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31