Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

06.10.2026 [14:18]

Builki UN-Habitat Günü “Hamı üçün layiqli mənzil” devizi altında qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu əlamətdar gün ərəfəsində Omanın Məskat şəhərində hökumətlərin, vətəndaş cəmiyyətinin və akademik dairələrin nümayəndələri təxminən 3,4 milyard insana təsir edən qlobal mənzil böhranının həlli üçün təcili tədbirlər görülməsinə çağırıblar.

BMT-nin İnsan Məskunlaşması Proqramının icraçı direktoru Anaklaudia Rossbax bildirib: “Layiqli mənzil lüks deyil, ləyaqətli həyatın təməlidir”. O, mənzilin torpaq idarəçiliyi və əsas xidmətlərlə yanaşı, dövlət prioriteti hesab edilməli olduğunu vurğulayıb.

Rossbax yerli icmalara investisiyaların artırılmasına, hökumətlər, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsinə çağırıb.

BMT-nin Baş katibi Antonio Quterreş UN-Habitat Günü ilə bağlı müraciətində layiqli mənzili insan ləyaqətinin, təhlükəsizliyinin və imkanlarının təməlidir adlandırıb. O, həmçinin qeyd edib ki, dünyada üç milyarddan çox insan bu universal hüquqdan məhrumdur.

Baş katib əlavə edib: “Bir milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda yaşayır, daha çox insan isə evsizdir və ya münaqişə, təbii fəlakətlər və iqlim dəyişikliyi səbəbindən evlərindən zorla çıxarılıb”.

BMT Baş katibi qeyd edib ki, layiqli mənzilə investisiya qoyuluşu və qeyri-rəsmi yaşayış məntəqələrinin dəyişdirilməsi yoxsulluğun azaldılmasına, bərabərsizliyin aradan qaldırılmasına, iqlim dəyişikliyinə qarşı dayanıqlığın artırılmasına, dinc və inklüziv cəmiyyətlərin qurulmasına töhfə verir.

İnsan Məskunlaşması Proqramının sədri Nqa Kor Minq iştirakçılara statistikanın real insan həyatını əks etdirdiyini xatırladıb. O, hüquqi müdafiəsi, zəruri sanitariyası və ya təmiz suya çıxışı olmayan evlərdə yaşayan ailələrin acınacaqlı vəziyyətinə diqqət çəkib.

O, forum iştirakçılarına video müraciətində bildirib: “Təmiz su, təhlükəsizlik və hüquqi zəmanətləri olmayan mənzil ev deyil, yoxsulluq tələsidir. Hamı üçün layiqli mənzil təmin etmək üçün müvəqqəti həllərdən imtina etməli və sistemli dəyişiklikləri qəbul etməliyik”.

Paylaş:
Baxılıb: 64 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Britaniya geri dönür?

06 Oktyabr 09:40

Analitik

Sosial

Sosial

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31