Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri /        Məktəb mühitində geyim mədəniyyəti və pedaqoji məsuliyyət

       Məktəb mühitində geyim mədəniyyəti və pedaqoji məsuliyyət

14.10.2026 [16:00]

      Məktəb yalnız bilik və bacarıqların ötürüldüyü təhsil müəssisəsi deyil, eynı zamanda yüksək mənəvi-əxlaqi dəyərlərin, intizamın, şəxsi nümunənin və peşə mədəniyyətinin aşılandığı tərbiyə ocağıdır.Bottom of Form Təhsil müəssisəsində müəllimin xarici görünüşü, geyim tərzi və davranış mədəniyyəti onun peşəkarlığını, məsuliyyətini və pedaqoji nüfuzunu əks etdirən mühüm amillərdəndir. Müəllim yalnız şagirdlərə bilik verən şəxs deyil, eyni zamanda öz davranışı, danışıq tərzi, ünsiyyət mədəniyyəti və xarici görünüşü ilə onlara nümunə olan bir şəxsiyyətdir. Bu baxımdan təhsilverənlərin geyim formasına məsuliyyətlə yanaşması məktəbdə sağlam təlim-tərbiyə mühitinin formalaşdırılması üçün xüsusi əhəmiyyət daşıyır.

      Müəllimin geyimi ilk növbədə təhsil müəssisəsinin nüfuzuna, pedaqoji etika prinsiplərinə və müəllim peşəsinin ciddiliyinə uyğun olmalıdır. Səliqəli, təmiz, münasib və işgüzar geyim tərzi müəllimin öz peşəsinə, şagirdlərə, valideynlərə və kollektivə hörmətinin göstəricisidir. Xarici görünüş müəllimin bilik və bacarıqlarını əvəz etməsə də, onun haqqında ilkin təəssüratın formalaşmasında mühüm rol oynayır. Təhsilverənlərin geyim məsələsi şəxsi zövq çərçivəsində qiymətləndirilməklə yanaşı, məktəbin daxili intizam qaydaları, peşə etikası və qüvvədə olan normativ tələblər nəzərə alınmaqla tənzimlənməlidir. Geyim seçərkən müəllimin işlədiyi mühitin xüsusiyyətləri, tədris prosesinin tələbləri və pedaqoji fəaliyyətin məsuliyyəti əsas götürülməlidir. Həddindən artıq açıq, diqqəti dərsdən yayındıran və işgüzar mühitə uyğun olmayan geyimlərdən çəkinmək məqsədəuyğundur. Eyni zamanda, geyim tələblərinin tətbiqində obyektivlik, vahid yanaşma və qarşılıqlı hörmət prinsipləri qorunmalıdır. Müəllimlərin geyim mədəniyyətinə dair tələblər ayrı-ayrı şəxslərə münasibətdə fərqli şəkildə tətbiq edilməməli, kollektivə aydın şəkildə izah olunmalı və pedaqoji etika çərçivəsində həyata keçirilməlidir. Bu məsələdə məktəb rəhbərliyinin üzərinə mühüm məsuliyyət düşür. Rəhbərlik müəllimlər arasında maarifləndirmə işi aparmalı, nümunəvi davranış və peşəkar görünüş mədəniyyətinin formalaşmasına şərait yaratmalıdır.

      Müəllimin geyimi şagirdlər üçün də müəyyən tərbiyəvi əhəmiyyət daşıyır. Şagirdlər hər gün müəllimlərini müşahidə edir, onların davranışlarını və xarici görünüşünü özləri üçün nümunə götürürlər. Buna görə də müəllimin səliqəli və münasib geyim tərzi şagirdlərdə özünə hörmət, nizam-intizam, məsuliyyət və ictimai davranış mədəniyyətinin inkişafına müsbət təsir göstərir.Bununla yanaşı, geyim tələblərinə əməl etmək müəllimin şəxsi hüquqlarına hörmətlə uzlaşdırılmalıdır. Tələblər aydın, əsaslandırılmış və qanunvericiliyə uyğun olmalı, onların icrası zamanı müəllimin ləyaqətini alçaldan münasibətə yol verilməməlidir. Məqsəd müəllimlərin şəxsi seçimlərini əsassız məhdudlaşdırmaq deyil, təhsil müəssisəsində peşəkar və nümunəvi mühit yaratmaqdır. Təhsilverənlərin geyim formasına məsuliyyətlə yanaşması məktəb mədəniyyətinin, pedaqoji etikanın və müəllim nüfuzunun qorunmasının vacib şərtlərindən biridir. Hər bir müəllim öz geyimi və davranışı ilə peşəsinə hörmət nümayiş etdirməli, məktəb rəhbərliyi isə bu sahədə düzgün istiqamətləndirmə və nəzarəti təmin etməlidir. Unutmaq olmaz ki, müəllimin nümunəvi görünüşü onun peşəkar mövqeyini tamamlayan, şagirdlərə və bütövlükdə təhsil mühitinə müsbət təsir göstərən amillərdəndir.

Aytən Babayeva

YAP Naxçıvan şəhər təşkilatı “Xətai 7” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Paylaş:
Baxılıb: 29 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Mədəniyyət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31