Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gəncə şəhər təşkilatına yeni üzvlər qəbul olunub

YAP Gəncə şəhər təşkilatına yeni üzvlər qəbul olunub

08.04.2014 [09:27]

Dünən “Gəncə Şərab-2” ASC-də Yeni Azərbaycan Partiyası (YAP) sıralarına qəbul olunan işçilərə partiyanın Gəncə şəhər təşkilatı tərəfindən üzvlük vəsiqələri təqdim olunub. Tədbirdə giriş sözü ilə çıxış edən “Gəncə Şərab-2” ASC-nin sədri Saleh Babazadə müəssisənin fəaliyyəti haqqında qısa məlumat verib və partiya sıralarına qəbul olunan işçiləri təbrik edib.
Ərazi ilk partiya təşkilatının sədri Zabit Namazov müəssisədə ərazi ilk partiya təşkilatının 1995-ci ildə 25 nəfər üzv ilə yarandığını bildirib. Hazırda isə bu təşkilatın üzvlərinin sayının 6 dəfədən çox artaraq 150 nəfərə çatdığını qeyd edib.
Tədbirdə çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycanın bütün sahələrdə nailiyyətlər əldə etdiyini qeyd edib. Qazanılan nailiyyətlər dövlətə və YAP-a inamı daha da artırıb.
2012-2013-cü illərdə Gəncədə keçirilən I-II Beynəlxalq Şərab festivallarını xatırladan Naqif Həmzəyev “Gəncə Şərab-2” ASC-nin də öz tarixi ənənələrini yaşadaraq, istehsal etdikləri məhsulların xüsusi diqqət çəkdiyini, bu festivalda şəhəri layiqincə təmsil etdiyini bildirib.

Paylaş:
Baxılıb: 853 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30