Masallıda “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” mövzusunda konfrans keçirilib
08.05.2014 [09:26]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Masallı rayonunda “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” mövzusunda konfrans keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları öncə Ulu öndərin abidəsi önünə tər gül-çiçəklər düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Sonra tədbir Heydər Əliyev Mərkəzinin iclas zalında davam etdirilib.
Tədbiri giriş sözü ilə Masallı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Nadir Abıyev açaraq deyib ki, konfrans müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunub.
Daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev geniş məruzə ilə çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb: “Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda Onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi”.
Təşkilat sədri onu da deyib ki, Ulu öndərin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını daha da artırıb, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, Ulu öndərin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradıb”.
Tədbirdə çıxış edən Prezident təqaüdçüsü Şirvan Əbilov bildirib ki, bu günün fövqündən baxanda doğma Azərbaycanımızın gələcəyi işıqlı və firavan görünür: “Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı xalqımızın Ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin əlindədir. Məhz Ulu öndərimizin siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurlu davam etdirilməsi nəticəsində bu gün Azərbaycan bütöv bir regionda söz sahibinə çevrilib”.
Daha sonra Prezident təqaüdçüsü Məmmədhüseyn Həsənov, gənclərdən Flora İbadova və başqaları çıxış edərək bildiriblər ki, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu öndərin ideyaları Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49

