Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Şirvan şəhər təşkilatı 15 İyun-Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib

YAP Şirvan şəhər təşkilatı 15 İyun-Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib

14.06.2014 [10:27]

Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatı 15 İyun-Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib. Tədbirdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı müasir və müstəqil Azərbaycanın təməlini qoydu: “Ümummilli liderimizin qayıdışı ilə müharibə dayandırıldı, atəşkəs elan olundu və müstəqil Azərbaycanın inkişaf trayektoriyası müəyyənləşdirildi. Bu gün Azərbaycan xalqı Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Bizlər hər zaman Prezidentimizin yürütdüyü siyasəti dəstəkləyirik”.
Tədbirdə 1 saylı Uşaq Poliklinikasının şöbə müdiri N.Cəbrayılova, YAP Şirvan şəhər təşkilatı Gənclər Birliyinin sədri E.Məmmədov, 3 saylı tam orta məktəbin direktoru M.Teymurov, Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi F.Səfərov, İcra Hakimiyyətinin məsul işçisi Adəm Hüseynov çıxış ediblər.
PƏRVİZ

Paylaş:
Baxılıb: 887 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30