Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Nizami rayonunda növbəti iftar süfrəsi təşkil olunub

Nizami rayonunda növbəti iftar süfrəsi təşkil olunub

24.07.2014 [10:02]

Nizami rayonunda müqəddəs Ramazan ayı münasibətilə növbəti iftar süfrəsi açılıb.
Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Ramazan ayı insanlara əxlaqi saflıq, xeyirxah niyyətlər aşılayır. Bu səbəbdən də, ayın mənəvi zənginlikləri Azərbaycan xalqı tərəfindən əziz tutulur.
Sədaqət Vəliyeva bildirib ki, Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır.
Sonra 250 nəfərədək insanın iştirak etdiyi mərasimdə “Qurani-Kərim”dən ayələr oxunub, dualar səslənib, süfrə açılıb.
Mərasimdən sonra YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva seçicilərilə görüşüb.

Paylaş:
Baxılıb: 861 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30