/ / Oğuzda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin rəsmi bağlanış mərasimi keçirilib
Oğuzda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin rəsmi bağlanış mərasimi keçirilib
04.08.2014 [10:34]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsi başa çatıb. Bu münasibətlə, iyulun 31-də Oğuz rayonunda gənc liderlərin “Yay məktəbi”nin rəsmi bağlanışına həsr olunan təntənəli mərasim keçirilib.
Xatırladaq ki, 2007-ci ildən başlayaraq artıq ənənəvi hal alan “Yay məktəbi” layihəsinin əsas məqsədi gənclərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, onların ictimai həyatdakı fəallığının daha da artırılmasından ibarətdir. Hər il olduğu kimi bu il də Yeni Azərbaycan Partiyasından olan 800-dək fəal gənc Oğuz və Lerik rayonlarında dörd turda təşkil olunan “Yay məktəbi”ndə iştirak ediblər. Layihədə paytaxt Bakı ilə yanaşı, respublikamızın bütün rayonlarından olan gənclər iştirak ediblər.
Bağlanış mərasimində çıxış edən Oğuz IV tur qrupunun rəhbəri, Milli Məclisin deputatı Kamilə Əliyeva gənclərə yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə, Yeni Azərbaycan Partiyasının İcra Katibliyinə, “Afra” otelinin rəhbərliyinə minnətdarlığını bildirib. Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan gənci ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşir, onun həyata keçirdiyi siyasəti dəstəkləyir, gələcəyə böyük inamla addımlayır.
Təntənəli bağlanış mərasimində “Yay məktəbi”ndə fərqlənən gənc liderlərə Fəxri fərman, diplom və təltifnamələr, eləcə də xatirə hədiyyələri təqdim olunub.
Mükafatları qrup rəhbəri Kamilə Əliyeva təqdim edib.
Bağlanış mərasimində çıxış edən gənclər dövlət başçısı İlham Əliyevə, YAP-ın İcra Katibliyinə təşəkkürlərini bildirdilər. Bu fikir xüsusi vurğulandı ki, göstərilən etimadı əməli işləri ilə doğrultmağa çalışacaqlar. Daha sonra gənc liderlər ulu öndər Heydər Əliyevə həsr olunmuş mahnı və şerlər səsləndirdilər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başa çatdı.
Cavid Əkbərov, “İki sahil”
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35

