Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Şura iclası keçirilib
15.08.2014 [10:28]
Aydın Hüseynov: YAP həmişə dövlətçiliyə, xalqına xidmət edən bir partiya olub və bu, hər zaman belə olacaq
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Şura iclası keçirilib. Tədbirdə rayon təşkilatının 2014-cü ilin ötən dövrü ərzində fəaliyyəti və cari ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işləri müzakirə olunub. Tədbirdə əvvəlcə YAP üzvlüyünə qəbulla əlaqədar ilk partiya təşkilatlarının qərarlarının təsdiqi ilə bağlı məsələ müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Daha sonra rayon təşkilatı Gənclər Birliyinin sədri Ramiz Yusubov YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib və bildirib ki, Qaradağ rayonunun gəncləri ictimai və siyasi həyatda kifayət qədər aktivlik nümayiş etdirirlər. O, hesabat dövründə partiya sıralarına qoşulan gənclərin müxtəlif təlimlərdə iştirak etdiklərini, onların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı ekskursiyaların, görüşlərin keçirildiyini qeyd edib.
Rayon təşkilatının Aparat rəhbəri Ruslan İsmayılov isə aparatın fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. O, deyib ki, rayon təşkilatı hesabat dövründə rayonun ictimai-siyasi həyatında fəal iştirak edib, əlamətdar günlər münasibətilə rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə geniş tədbirlər keçirib.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə əvvəlcə Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı rolundan geniş bəhs edərək, vurğulayıb ki, YAP Ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan, bu böyük şəxsiyyətin ideyaları əsasında formalaşdırılan qüdrətli bir partiyadır: “Bu gün partiyamızın 630 mindən çox üzvü var. Partiyamızın Sədri, cənab İlham Əliyev ölkə Prezidentidir. Xalqımızın YAP-a olan münasibəti isə hər zaman seçkilərin nəticələrində öz əksini tapır. YAP ümummilli partiyadır, xalqın partiyasıdır. Ölkəmizin aparıcı ziyalıları bu partiyanın ətrafında birləşiblər. YAP həmişə dövlətçiliyə, xalqına xidmət edən bir partiya olub və bu, hər zaman belə olacaq”.
Daha sonra Aydın Hüseynov YAP Qaradağ rayon təşkilatının öz fəaliyyətini partiyanın Sədri, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına, partiyanın Nizamnamə və Proqramına uyğun qurduğunu deyib. O, hesabat dövründə partiya üzvlərinin kəmiyyət deyil, keyfiyyət prinsipi üzrə artırılması istiqamətində işlərin aparıldığını, hazırda bu istiqamətdə işlərin davam etdiyini vurğulayıb. O, ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlər haqqında da məlumat verib və qeyd edib ki, rayon təşkilatı öz işini Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və Partiyanın Mərkəzi Aparatının tövsiyələrinə uyğun şəkildə qurub. A.Hüseynov bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədlərinin şəksiz qalib gələcəyinə şübhə olmadığını vurğulayıb.
Xəbər lenti
Hamısına baxHadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54

