YAP İsmayıllı rayon təşkilatında tədbir keçirilib
29.08.2014 [09:21]
Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatında bu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq və qarşıda duran vəzifələr barədə ərazi ilk partiya təşkilatları sədrlərinin və fəalların iştirakı ilə yığıncaq keçirilib. Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, 1999-cu ildən, yəni ilk bələdiyyə seçkiləri keçirildiyi dövrdən ötən zaman ərzində bələdiyyələrlə bağlı hüquqi baza əhəmiyyətli şəkildə təkmilləşdirilib, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlar qəbul edilib və uğurla icra olunur: “Ötən müddət ərzində keçirilmiş üç bələdiyyə seçkisində Yeni Azərbaycan Partiyası parlaq qələbə qazanıb, gənclərin və qadınların özünüidarəetmə qurumlarında təmsilçiliyinə diqqət artırılıb. Hər bir seçkidən sonra bələdiyyələrin fəaliyyətində çevik idarəetmə, yeni müasir iş metodlarına diqqət, xalqla yaxınlaşma, vətəndaşların ictimai-siyasi fəallığını yüksəltmək məqsədilə onların idarəetmə proseslərinə daha fəal cəlb olunması güclənib. Əminəm ki, bu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri də əvvəlki illərdə olduğu kimi, müasir tələblərə cavab verən yeni seçki texnologiyaları əsasında, Seçki Məcəlləsinə uyğun olaraq keçiriləcək və ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının qələbəsi ilə başa çatacaq”.
Tədbirdə çıxış edən partiya fəalları Cümşüd Hacıyev, Vidadi Zərbiyev, İsrayıl İsmayılov, Abdullətif Maqsudov, Gülnar Mikayılova və başqaları bildiriblər ki, YAP hər zaman öz fəaliyyətini qanunauyğun və səmərəli şəkildə qurur. Çıxış edənlər növbəti seçkilərdə də qələbəyə inamlarını ifadə ediblər.
Yığıncaqda seçkilərə hazırlıqla bağlı qarşıda duran vəzifələr müəyyən edilib, YAP rayon təşkilatı nəzdində Seçki Qərargahının, onun qruplarının, ərazi ilk partiya təşkilatlarında qərargah bölmələrinin yaradılması barədə qərar qəbul edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17

