Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır

Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır

31.10.2014 [10:00]

Aydın Hüseynov: YAP İcra Katibliyi tərəfindən tövsiyə olunmuş proqramın birinci mərhələsi uğurla başa çatdırılıb
Bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları tərəfindən uğurla davam etdirilir. Belə ki, YAP bu seçkilərdə də tam gücü ilə iştirak etməyi qarşıya məqsəd qoyub. Bələdiyyə seçkiləri ilə bağlı keçirilən ümumrespublika müşavirəsində partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar tam məsuliyyətlə yerinə yetirilməkdədir. Eyni zamanda, yerlərdə partiyanın rayon təşkilatları tərəfindən seçkilərlə bağlı intensiv işlər sürətlə aparılır. Bunu Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının seçkilərə hazırlıqla bağlı həyata keçirdiyi işlərdən də görmək mümkündür. Rayon təşkilatında seçkilərə hazırlıqla bağlı Seçki Qərərgahı, o cümlədən, təbliğat-təşviqat qrupu yaradılıb və hazırda onlar işlərini yüksək keyfiyyətlə həyata keçirməkdədir.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qeyd edib ki, hazırda bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar İcra Katibliyi tərəfindən önə sürülmüş tövsiyə və tapşırıqların birinci mərhələsi başa çatdırılıb: “Biz qarşımıza məqsəd qoymuşuq ki, YAP 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində ən azı ötən bələdiyyə seçkilərindəki nəticələri təkrarlamalı, daha uğurlu nəticə ortaya qoymağa çalışmalıdır”.
Qeyd etmək yerinə düşər ki, YAP Qaradağ rayon təşkilatında 11 bələdiyyə üzrə 121 nəfər bələdiyyə üzvlüyünə namizəd irəli sürülüb. Namizədlərdən 46 nəfəri qadın, 67 nəfəri isə gənc nəslin nümayəndələridir.
Ümumiyyətlə, bu seçkilər prosesində də YAP Qaradağ rayon təşkilatı gənclərin fəallığından faydalanmaq, onları bu prosesə cəlb etmək üçün əməli addımlar atır. YAP Qaradağ rayon təşkilatının Aparatına seçkilərlə bağlı işlərə gənclər cəlb olunub və onların hər birinə müvafiq tapşırıqlar verilib. YAP Qaradağ rayon təşkilatında hər gün qızğın iş aparıldığını müşahidə etmək mümkündür. Seçki Qərərgahının üzvləri ilə birgə mütəmadi olaraq iclaslar keçirilir, görülən işlər gündəlik müzakirə olunur. Bu isə İcra Katibliyi tərəfindən tövsiyə olunmuş proqramın birinci mərhələsini uğurla başa çatdırmağı şərtləndirib.
Namizədlərin müəyyənləşməsinə gəlincə isə, YAP Qaradağ rayon təşkilatının sədri vurğulayıb ki, namizədlərin irəli sürülməsi üçün artıq sənədləşmə prosesinə başlanılıb: “Məhz bu çərçivədə ərazinin sosial-iqtisadi, eləcə də əhalinin xüsusiyyətləri öyrənilib, bütün bu faktorlara müvafiq tədbirlər həyata keçirilib. Qəsəbələrdə olan dini icmalarla, ağsaqqal və ziyalılarla təşviqat kampaniyaları istiqamətində müəyyənləşmələr aparılmaqdadır. Rayon ərazisində yaşayan digər millətlərdən olan seçicilər haqqında məlumatlar toplanılır, icma rəhbərləri ilə əlaqələr yaradılır. Hazırda isə dəqiqləşdirilmiş siyahılar Aparatın kompüter bazasına yığılır”.
YAP Siyasi Şurasının üzvü seçkilərlə bağlı partiyanı təmsil edən üzvlərin siyahısının hazırlandığını da xatırladıb: “Eyni zamanda, onlar üçün davamlı treninqlər keçirilir. Həmçinin, dairə və məntəqələrdə fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlər, eyni zamanda, müşahidə aparacaq şəxslər müəyyənləşdirilib, onların siyahıları partiyanın İcra Katibliyinə göndərilib”.
Aydın Hüseynov daha sonra qeyd edib ki, aparılan işlər çərçivəsində mobil qruplar yaradılıb və YAP Qaradağ rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlıq işlərini müvafiq qaydada davam etdirməkdədir.

Paylaş:
Baxılıb: 933 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30