Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı partiyanın yaranmasının 22-ci ildönümünü qeyd edib

Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı partiyanın yaranmasının 22-ci ildönümünü qeyd edib

22.11.2014 [11:45]

Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatı partiyanın yaranmasının 22-ci ildönümü ilə bağlı tədbir keçirib. Öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Toplantıda YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov geniş məruzə ilə çıxış edib. Ümummilli lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının yarandığı dövrə nəzər salan natiq bildirib ki, məhz partiyamızın yaranması ilə Azərbaycan vətəndaşlarında gələcəyə inam bərqərar oldu: “Bu gün isə Prezident İlham Əliyevin Sədri olduğu YAP artıq ümumxalq partiyasına çevrilib”.
Daha sonra tədbirdə YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Ramilə Seyidova, GB-nin sədri Rəşad Rəhmanov, YAP rayon təşkilatı Aparat rəhbəri İxtiyar İsayev, 2 saylı tam orta məktəbin müəlliməsi Ruhiyyə Hacıyeva çıxış ediblər. Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında, ölkəmizin regionda lider dövlətə çevrilməsində YAP-ın özünəməxsus rolu olduğu qeyd edilib. Bildirilib ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 630 mindən artıq üzvün birləşməsi vətəndaşlarımızın ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan münasibətinin ifadəsidir.
Oktay

Paylaş:
Baxılıb: 1170 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31