Qaradağ seçiciləri də rifah və quruculuq naminə səs verəcəklər
06.12.2014 [12:32]
YAP-ın namizədlərinin təbliğat kampaniyası çərçivəsində növbəti görüş Qaradağ rayonu Çeyildağ qəsəbəsində keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) bələdiyyə seçkilərində təbliğat və təşviqat kampaniyası uğurla davam etdirilir. Kampaniya çərçivəsində növbəti görüş dünən Qaradağ rayonu Çeyildağ qəsəbəsində keçirilib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov əvvəlcə bələdiyyə seçkiləri ilə bağlı rayon təşkilatı tərəfindən görülən işlər haqqında məlumat verib. O, YAP tərəfindən irəli sürülən namizədlərin təbliğat və təşviqat kampaniyası çərçivəsində ardıcıl görüşlər keçirdiyini, seçicilərin də bu görüşlərə böyük maraq göstərdiyini vurğulayıb. YAP-ın namizədlərinin cəmiyyətdə kifayət qədər nüfuz və hörmət qazandıqlarını, əgər bələdiyyələrə seçilərlərsə, partiyamızın prinsiplərini rəhbər tutaraq xalqımıza ləyaqətlə xidmət edəcəklərinə əmin olduğunu vurğulayıb.
Daha sonra A.Hüseynov partiyamızın Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışaraq vurğulayıb ki, YAP-ın xidmətləri seçicilər tərəfindən yüksək qiymətləndirilir. Onun sözlərinə görə, hazırda regionun ən güclü partiyası olan YAP ölkəmizdə keçirilən bütün siyasi kampaniyalarda qələbə qazanıb: “Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. YAP qələbələr partiyası kimi daim dövlətimizin inkişafına, xalqımızın rifah halının daha da yüksəlməsinə xidmət edir. Partiyamızın bələdiyyə seçkilərində irəli sürdüyü namizədlər də, məhz bu amala, bu məqsədə xidmət etməlidir”.
A.Hüseynov, həmçinin, bələdiyyələrin fəaliyyətindən danışaraq deyib ki, bələdiyyələr Azərbaycanın inkişafında mühüm rola malikdir və bələdiyyələrdə təmsil olunan insanlar öz fəaliyyətləri ilə xalqın və partiyamızın etimadını doğrultmalıdırlar. O bildirib ki, YAP-ın bu seçkilərə “Rifah və quruculuq naminə” devizi ilə qatılması da heç də təsadüfi deyil.
Daha sonra tədbirdə çıxış edən YAP-ın Çeyildağ bələdiyyəsinə namizədləri Nizami Allahverdiyev, Qəmər Abdulhəşimova, Fəridə Məmmədova, Səlim Həsənov və digərləri seçicilərin etimad göstərəcəyi və bələdiyyələrə seçiləcəkləri təqdirdə partiyamızın fəaliyyət prinsiplərinə sadiq qalacaqlarını, qəsəbənin inkişafı naminə bütün gücləri ilə çalışacaqlarını vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35

