Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Bərdə rayon təşkilatı seçicilərlə növbəti görüş keçirib

YAP Bərdə rayon təşkilatı seçicilərlə növbəti görüş keçirib

16.12.2014 [10:42]

Yeni Azərbaycan Partiyasının (YAP) bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində YAP Bərdə rayon təşkilatı Seçki Qərargahının təbliğat qrupu seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüş rayonun Şirvanlı, Uğurbəyli və Bala Qacar kəndlərində keçirilib.
Görüşlərdə təbliğat qrupunun üzvləri Əli Kazımov, Yelmar Məmmədov, Qəndab Abbasova, Səbuhi Hacıyev və başqaları çıxış edərək bələdiyyələrin öz üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsindən, bölgələrin abadlaşmasından, əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşmasından və qarşıda duran vəzifələrdən danışıblar. Çıxışlarda, həmçinin, ölkəmizdə əldə olunan uğurlardan, Azərbaycan xalqının sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində yürüdülən siyasətin nəticələrindən bəhs olunub. Qeyd edilib ki, YAP yarandığı gündən müstəqil Azərbaycanın qüdrətlənməsi üçün ardıcıl siyasət yeridərək ümumxalq partiyasına çevrilib, bu mənada onunla rəqabət apara biləcək ikinci bir siyasi qüvvə yoxdur. Çıxış edənlər dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində YAP-ın namizədlərinin qələbə qazanacaqlarına inam ifadə edib, seçiciləri səsvermə günündə fəallıq göstərməyə çağırıblar.
Görüşlərdə bələdiyyə üzvlüyünə namizədlərdən İldırım Quliyev, Nəsibə Abdullayeva və başqaları YAP-ın namizədləri kimi bələdiyyə seçkilərinə inamla və aydın proqramla getdiklərini bildiriblər.
Qeyd edək ki, təbliğat kampaniyası çərçivəsində Bərdə rayonunun Güloğlular, Şorəlli, Samux, Yeni Əyricə və Əyricə kəndlərində də seçicilərlə görüşlər keçirilib.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 1038 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30