YAP Nəsimi rayon təşkilatı “Sizinlə qürur duyuruq Ali Baş Komandanımız” adlı tədbir keçirib
23.12.2014 [10:16]
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsindəki fəaliyyətinə həsr olunan “Sizinlə qürur duyuruq Ali Baş Komandanımız” adlı vətənpərvərlik mövzusunda tədbir keçirib. Tədbirdə millət vəkilləri, ziyalılar, ictimai fəallar, eləcə də Müdafiə Nazirliyinin rəsmiləri, C.Naxçıvanski adına hərbi məktəbin zabit və kursantları iştirak ediblər. Əvvəlcə Prezident İlham Əliyevin Ali Baş Komandan kimi fəaliyyətinə həsr edilən, 2003-cü ildən bu günədək ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən bəhs edən film nümayiş olunub.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı tədbirdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan istənilən şəraitdə özünün ərazi bütövlüyünü bərpa edəcək və təcavüzkar qüvvələr işğal olunmuş torpaqlarımızdan çıxarılacaq. Məhz bu cür qətiyyətli və prinsipial mövqeyin fonunda Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli naminə bütün resurslarından səmərəli istifadə etməkdə və fəal diplomatiya həyata keçirməkdədir. YAP Nəsimi rayon təşkilatının sədri Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərindən, bu məsələdə işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyindən danışıb.
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova dövlətimizin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə hərbi sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Azərbaycan ordusunun maddi-texniki bazası getdikcə daha da gücləndirilir, döyüş hazırlığının səviyyəsi yüksəlir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsi, müasir silahlarla təchiz edilməsi prosesini daim diqqətdə saxlayır, ölkədə milli müdafiə sənayesi kompleksi yaradılıb. Bu gün Azərbaycanın çox güclü, qüdrətli, ən müasir silahlarla təmin olunan ordusu var. Bu ordu işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hər an hazırdır”.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev isə çıxışında bildirib ki, dövlət başçısı İlham Əliyevin orduya diqqət və qayğısı gənclərdə vətənpərvərlik hissinin daha da artmasına stimul verir. “Bu gün müasir cəmiyyətin qarşısında duran ən vacib məsələlərdən biri gənclərin vətənpərvərlik ruhunda düzgün tərbiyələndirilməsi, eləcə də, yüksək təhsilə malik, peşəkar, bacarıqlı gənclər yetişdirməkdir. Çünki dövlətin inkişafında belə savadlı və bacarıqlı, yüksək intellektə malik gənclərin olması çox mühümdür. Bu baxımdan gənclərin hərbi vətənpərvərlik ruhunda yetişdirilməsinin böyük əhəmiyyəti vardır. Bu gün burada nümayiş etdirilən filmə baxdıqda Ali Baş Komandanımızın milli ordu quruculuğundakı fəaliyyəti bir daha gözlərimiz önündə canlandı. Milli ordumuzla yanaşı, digər qoşun növlərinin-sərhəd qoşunlarının, daxili qoşunların və digərlərinin qısa zaman ərzində necə inkişaf etdiyinin, gücləndiyinin, ən müasir hərbi silahlarla təchiz olunmasının bir daha şahidi olduq. Bu, müstəqil dövlət üçün çox önəmli bir məsələdir. Çünki hazırda da bir çox ölkələr var ki, orada güc strukturları ayrı-ayrı rəhbərliklərə tabedirlər. Bu isə ordunun vəhdət halında fəaliyyət göstərməsinə maneçilik yaradır. Biz də ötən əsrin 90-cı illərində belə pərakəndəliyi yaşamışıq və bunun nəticəsində biz ayrı-ayrı ərazilərimizi itirmişik. Məhz Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində Azərbaycan Silahlı Qüvvələri vahid bir komandanlıqda birləşdirildi. Və bu gün biz hamımız Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü ordusu ilə qürur duyuruq, fəxr edirik. Bu gün Azərbaycanın Milli Ordusu dünyanın ən güclü ordularından biridir”, - deyə Nəsib Məhəməliyev vurğulayıb.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35

