YAP-ın sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim edilib
14.01.2015 [09:39]
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatında YAP-ın sıralarına yeni qəbul olunmuş 21 nəfərə üzvlük vəsiqəsi təqdim edilib.
Bununla bağlı keçirilən tədbirdə ərazi ilk partiya təşkilatının sədri Xıdır İbrahimov 22 ildən artıq dövrdə ölkəmizin əldə etdiyi uğurlardan, Yeni Azərbaycan Partiyasının bu inkişafa, tərəqqiyə töhfələrindən danışıb. Bildirib ki, dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan Yeni Azərbaycan Partiyasının sıraları gündən-günə genişlənir. Bugünkü tədbir də bunun bariz nümunəsidir.
YAP Yasamal rayon təşkilatının Şura üzvü, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov deyib ki, ötən 21 ildən artıq dövr tərəqqi, inkişaf və yüksəliş ili, Azərbaycanın möhkəmlənməsi, dünyada öz rolunu artırması, eyni zamanda, YAP-ın qüdrətlənməsi, möhtəşəm siyasi təşkilata çevrilməsi ili kimi xarakterizə olunur. YAP yaranandan cəmi 7 ay sonra partiyanın yaradıcısı, Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Xalqımızın Ulu öndərə, Onun yaratdığı partiyaya bağladığı ümidlər ardıcıl olaraq həyata keçirilməyə başlandı. Partiyanın keçdiyi inkişaf yolu onun yaradıcısı Ulu öndər Heydər Əliyevin ideyalarına sədaqət örnəyidir. Ötən müddət ərzində YAP daim qalib olub, hər bir sınaqdan, çətinliklərdən uğurla çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi təqdim edib. Bu gün partiyanın sıralarında 640 mindən artıq üzvün birləşməsi Ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tədbirdə çıxış edərək deyib: “Bu gün böyük inam və fəxr hissi ilə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir. Azərbaycanın dünəninə, bu gününə və sabahına işıq salan Ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsi istiqamətində partiyanın hər bir üzvü ciddi səylər göstərir. Yarandığı vaxtdan partiya azərbaycançılıq və dövlətçilik mövqeyində duraraq öz proqram prinsiplərinə uyğun demokratik dəyərlərin, siyasətdə sivil mübarizə üsullarının təməlini qoydu”.
Qeyd edilib ki, güclü lideri, mükəmməl proqramı və siyasi platforması, qətiyyətli mövqeyi sayəsində YAP qısa zamanda ümumxalq partiyasına çevrildi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edən partiya nəinki ölkənin, bölgənin aparıcı siyasi təşkilatına çevrilib.
Diqqətə çatdırılıb ki, YAP sıralarında gənclər çoxluq təşkil edir. Bu isə onu göstərir ki, Azərbaycan gəncləri partiyaya, onun yaradıcısı Ulu öndər Heydər Əliyevin ideyalarına sıx bağlıdır, onlar Prezident İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə böyük inamla irəliləyirlər.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib. Yeni üzvlər birmənalı olaraq bildiriblər ki, bu gün onların həyatında çox əlamətdar bir hadisə kimi qalacaq. İnkişaf və müasirlik partiyası olan YAP-ın üzvü olmaq böyük məsuliyyət və şərəfdir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34

