Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının hesabat yığıncağı keçirilib
12.02.2015 [10:03]
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının 2014-cü il ərzində fəaliyyətinə dair hesabat yığıncağı keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının qarşısındakı abidəsinin önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər. Sonra YAP Binəqədi rayon təşkilatının 2014-cü il ərzində fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov 2014-cü ildə görülən işlər haqqında danışıb. O qeyd edib ki, ötən ilin ən mühüm ictimai-siyasi hadisəsi olan 23 dekabr 2014-cü il tarixində keçirilmiş bələdiyyə seçkilərində Binəqədi rayonu üzrə beş bələdiyyədə partiyanın namizədləri inamlı qələbə qazanıb, ümumi göstəricilər üzrə Binəqədi rayonu respublika miqyasında öncül yerlərdə qərarlaşıb.
Bildirilib ki, hesabat dövründə YAP Binəqədi rayon təşkilatı tərəfindən gənclərin davamlı inkişafına hədəflənən çoxsaylı maarifləndirici görüşlər, sosial və humanitar layihələr həyata keçirilib. Hesabat dövründə ümumilikdə rayon təşkilatının təşəbbüsü ilə 86 tədbir keçirilib, ərazi ilk partiya təşkilatları ilə iş aparılıb. Ramiz Göyüşov daha sonra YAP Binəqədi rayon təşkilatının 2015-ci ildə qarşıda duran vəzifələrindən danışıb.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasinin sədri Aytac Əliyeva və YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Qüdsi Bayramov hesabat dövrü ərzində görülən işlər, həyata keçirilən layihələr haqda məlumat veriblər.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov öncə ölkədə reallaşdırılan layihələr və aparılan uğurlu iqtisadi siyasət barədə danışıb. YAP İdarə Heyətinin üzvü Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin böyük valyuta ehtiyatlarının olduğunu, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunduğunu, “Bakı-2015” birinci Avropa Oyunlarının uğurla keçəcəyinə əmin olduğunu ifadə edib.
Eldar İbrahimov həmçinin, Binəqədi rayonunun sürətli inkişafından, rayonda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışaraq, həyata keçirilən tədbirlərdə YAP Binəqədi rayon təşkilatının üzvlərinin də yaxından iştirak etməsinin təqdirəlayiq hal olduğunu deyib. Çıxışında Binəqədi rayonunda gənclərin və qadınların fəallığının artırılması istiqamətində xüsusi işlərin görüldüyünü, fəallıq səviyyəsinin yüksək olduğunu bildirən natiq YAP-ın məqsəd və məramının da məhz bu olduğunu vurğulayıb.
Sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov öncə dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətdən danışıb, bu siyasət nəticəsində ölkəmizin hər yerində, o cümlədən, Binəqədi rayonunda mühüm işlərin görüldüyünü deyib.
Çıxışına davam edən Xaləddin İsgəndərov əsası Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının cəmiyyətdə aparıcı siyasi qüvvə olduğunu, partiyanın gənclərin davamlı inkişafında müstəsna rol oynadığını, gənclərə vətənpərvərlik hisslərinin aşılanması, onlarda milli-mənəvi dəyərlərə hörmət hisslərinin formalaşması və inkişafında YAP-ın rolunu xüsusi qeyd edib. İcra Hakimiyyətinin başçısı bələdiyyə seçkilərində qalib gəlmiş YAP namizədlərinin əksəriyyətinin gənclərdən ibarət olmasının, rayonda gənclərin müxtəlif dövlət vəzifələrində geniş təmsilçiliyinin dövlət səviyyəsində gənclərə göstərilən inam və etimadın nümunəsi olduğunu qeyd edib. Xaləddin İsgəndərov Binəqədi gənclərinin daim fərqləndiyini, respublika miqyasında hər zaman öncül yerlərdə təmsil olunduğunu, respublikada həyata keçirilən dövlət gənclər və qadın siyasətinin Binəqədi rayonunda da uğurla icra edildiyini vurğulayıb.
Daha sonra tədbirdə partiya sıralarına yeni daxil olmuş bir qrup gəncə üzvlük vəsqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

