Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Şurasının yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Şurasının yığıncağı keçirilib

18.02.2015 [11:19]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Şurasının yığıncağı keçirilib. Tədbirdə rayon təşkilatının 2014-cü ildə fəaliyyətinin yekunlarına dair məlumat, 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədar YAP Qaradağ rayon təşkilatının qarşısında duran vəzifələr, YAP Qaradağ rayon təşkilatının yaranmasının 22-ci ildönümü ilə əlaqədar nəzərdə tutulan tədbirlər, rayon təşkilatı Gənclər Birliyinin IV hesabat seçki konfransına hazırlıqla əlaqədar görüləcək tədbirlər və digər məsələlər müzakirə olunub.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov çıxış edərək bildirib ki, rayon təşkilatı 2014-cü ildə də öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının nizamnaməsi və proqramı əsasında, İcra Katibliyinin təlimat və tövsiyələrinə uyğun qurub. Qeyd olunub ki, hazırda YAP Qaradağ rayon təşkilatının 122 ərazi ilk partiya təşkilatında 11327 nəfər partiya üzvü birləşib. Onlardan 4355 nəfəri gənclər, 3314 nəfəri qadınlar, 4016 nəfəri isə ali təhsillidir. 2014-cü il ərzində partiya sıralarına 277 nəfər üzv qəbul olunub ki, onlardan da 186 nəfərini gənclər, 61 nəfərini isə qadınlar təşkil edir.
Ötən il 23 dekabrda Azərbaycanda bələdiyyə seçkilərinin keçirildiyini xatırladan Aydın Hüseynov deyib ki, YAP-ın şəhər və rayon təşkilatlarında olduğu kimi, Qaradağ rayon təşkilatında da Mərkəzi Aparat tərəfindən müəyyən olunmuş proqrama əsasən fəaliyyət göstərilib. Rayonda 11 bələdiyyə üzrə 121 bələdiyyə üzvü yerinin hər birinə rayon təşkilatı tərəfindən namizəd irəli sürülüb ki, bu namizədlərdən də 86 nəfəri bələdiyyələrə seçilib. Onlardan 35 nəfəri qadın, 47 nəfəri isə gəncdir.
Aydın Hüseynov deyib ki, ötən il rayon təşkilatının tədbirlər planına uyğun olaraq, Ümummilli lider Heydər Əliyevin siyasi irsinin daha dərindən öyrənilməsi və təbliği istiqamətində bir sıra addımlar atılıb. Həmçinin, rayon təşkilatı tərəfindən “Xocalıya ədalət!” kampaniyasına dəstək tədbiri, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü ilə əlaqədar, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar tədbirlər, Qurtuluş Gününə həsr olunmuş elmi praktiki konfrans, Ulu öndərin Azərbaycana rəhbər seçilməsinin 45-ci ildönümünə həsr olunmuş “dəyirmi masa”, Silahlı Qüvvələr Günü ilə əlaqədar Güzdək və Səngəçal qəsəbələrində yerləşən hərbi hissədə əsgərlərlə görüş, Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illiyinə həsr olunmuş tədbir və digər ümumrayon tədbirləri keçirilib.
Bu il ölkəmizdə növbəti parlament seçkilərinin keçiriləcəyini xatırladan Siyasi Şuranın üzvü vurğulayıb ki, ötən illərdə keçirilən seçkilərdə olduğu kimi, bu seçkilərdə də partiyamızın qələbəsini təmin etmək üçün YAP Qaradağ rayon təşkilatı üzərinə düşən vəzifəni layiqli şəkildə yerinə yetirəcək, partiyanın İdarə Heyəti və İcra Katibliyi tərəfindən müəyyən olunacaq vəzifələri uğurla həyata keçirəcək.
YAP-ın Azərbaycanın və regionun ən güclü siyasi təşkilatı olduğunu vurğulayan Aydın Hüseynov deyib ki, Ulu öndərimiz, Yeni Azərbaycan Partiyasının qurucusu və yaradıcısı Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin bu gün partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi dövlətimizin inkişafında və xalqımızın rifahının artmasında böyük nailiyyətlərin əldə olunmasını şərtləndirib: “Bu da nəticə etibarilə xalqımızın YAP-a olan etimadını daha da möhkəmləndirməklə yanaşı, partiyamıza olan ictimai dəstəyi də artırır. Qarşıdakı dövrlərdə də bu etimadın daha da artacağına şübhə yoxdur. Çünki YAP həmişə xalqımızın maraqlarından çıxış edən, dövlətimizin inkişafında müstəsna xidmətlər göstərmiş güclü siyasi təşkilatdır”.
Daha sonra məruzə ətrafında çıxış edən YAP Qaradağ rayon təşkilatı Sədərək ticarət mərkəzi ilk partiya təşkilatının sədr müavini Sabir Ələkbərov, Qaz Anbarları ilk partiya təşkilatının sədr müavini Hüseyn Vəliyev və digərləri YAP Qaradağ rayon təşkilatının 2014-cü ildəki fəaliyyətini yüksək qiymətləndirib, qarşıda duran vəzifələrin icrası ilə bağlı fikirlərini bildiriblər.

Paylaş:
Baxılıb: 960 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30