Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP gənclərin fəallığına, onların potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir

YAP gənclərin fəallığına, onların potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir

03.04.2015 [10:15]

YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib. Konfrans iştirakçıları öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov açaraq Azərbaycanda nümunəvi gənclər siyasətinin həyata keçirildiyini qeyd edib. Yeni Azərbaycan Partiyasının gənclərə xüsusi diqqət və qayğı göstərdiyini deyən A.Ağasəfov YAP Gənclər Birliyinin yaranma tarixindən və onun gördüyü işlərdən, qazandığı nailiyyətlərdən danışıb.
Sonra çıxış edən Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Azərbaycanın çağdaş tarixinin ən narahat və təlatümlü dövründə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi illər ərzində çox zəngin bir həyat yolu keçdiyini, özünü ölkənin siyasi taleyində həlledici rol oynamaq qüdrətinə malik olan vahid siyasi qüvvə kimi təsdiq etdiyini vurğulayıb. Natiq üzvlərinin əksəriyyəti gənclərdən ibarət olan partiyanın həyata keçirdiyi düzgün siyasətin nəticəsi olaraq ölkəmizdə, eləcə də Qəbələ rayonunda iqtisadiyyatın inkişaf etiyini, sosial şəraitin yaxşılaşdırıldığını, genişmiqyaslı quruculuq işlərinin aparıldığını qeyd edib.
Daha sonra Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də, idman həyatında gənclərin rolundan danışıb. Millət vəkili deyib ki, gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirirlər: “Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar”.
Fəttah Heydərov Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin inkişafındakı rolundan da bəhs edərək qeyd edib ki, YAP ötən dövr ərzində müstəqilliyimizin möhkəmlənməsi, dövlətimizin inkişafı, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması, siyasi sistemin təkmilləşdirilməsi, ölkəmizin beynəlxalq aləmdə layiqincə tanıdılması kimi vəzifələri uğurla həyata keçirib.
Sonra çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu diqqətə çatdırıb ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Qeyd edilib ki, YAP, o cümlədən, partiyanın Gənclər Birliyi gənclərin fəallığına, onların potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir. Mütəmadi surətdə təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
Sonra çıxış edən YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abasov YAP-da gənclərin fəaliyyətinə geniş imkanlar yaradıldığını vurğulayaraq əlavə edib ki, YAP-ın 650 mindən çox üzvü var ki, onların da 40 faizdən çoxu gənclərdir. 2014-cü ildə partiyamızın sıralarına 29 min insan qoşulub ki, onların 78 faizi gənclərdən ibarətdir.
Daha sonra YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin sədri Ramil Qəribov təşkilatın ötən konfransdan sonrakı müddətdə fəaliyyəti barədə məruzə ilə çıxış edib. Qeyd edilib ki, 2300-ə qədər gənci birləşdirən Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının Gənclər Birliyi rayonun ictimai-siyasi və iqtisadi həyatında fəal iştirak edir, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində rayon gənclər və idman idarəsi, təhsil, mədəniyyət və turizm şöbələri ilə birgə tədbirlər keçirir, Ümummilli lider Heydər Əliyevin irsinin təbliği ilə bağlı məşğələlər, “dəyirmi masa”lar, tematik görüşlər təşkil edir.
Məruzə ətrafında çıxış edənlər ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əhəmiyyətindən, o cümlədən, YAP-ın gəncliyin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıblar.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin Şura və İdarə Heyətinin üzvləri müəyyən olunub. Eyni zamanda, Namiq Ağayev YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib, konfransın qətnaməsi qəbul olunub. Konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Bir sıra gənclər partiyanın ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərdiklərinə görə Fəxri fərmanlarla təltif ediliblər, müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
NURLAN

Paylaş:
Baxılıb: 786 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30