Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

07.05.2015 [09:56]

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92- ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Daşkəsən rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində “dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, rəsm və inşa yazı müsabiqələri, bilik və idman yarışları, oxucu konfransları təşkil olunub.
May ayının 6-da isə rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin, YAP fəallarının, rayonun aidiyyəti orqanlarının əməkdaşlarının iştirakı ilə Ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki heykəlinin önünə əklil və gül dəstələri qoyulub, Ümummilli lider böyük ehtiramla yad edilib. Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlara baxışdan sonra tədbir Daşkəsən rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilib.
Tədbir iştirakçıları əvvəlcə dahi liderə həsr olunmuş filmə baxıblar. Sonra tədbirdə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Ulu öndərin ölkəmizin tarixində əvəzsiz xidmətlərindən, ölkənin daxilində vətəndaş müharibəsinin qarşısını almasından, bu gün sürətlə davam edən Azərbaycanın inkişafı üçün qoyduğu bünövrədən danışıb. Ə.Abıyevin sözlərinə görə, Ulu öndər Heydər Əliyev 1969-cu ildə respublikamıza rəhbər təyin olunanda Azərbaycan keçmiş Sovet İttifaqında ən geridə qalan, aqrar bir ölkə idi: “Qısa bir vaxt ərzində Ulu öndər Heydər Əliyev Azərbaycanda kənd təsərrüfatı ilə yanaşı, iqtisadiyyatın, sənayenin inkişafına da nail oldu. Bakıda, Gəncədə, Sumqayıtda, o cümlədən, Daşkəsəndə ən iri sənaye müəssisələri, fabriklər, zavodlar tikildi. Əhali üçün yeni iş yerləri açıldı, vətəndaşlarımızın sosial rifahı günbəgün artmağa başladı. Artıq ötən əsrin 70-ci illərinin sonunda Azərbaycan Sovet İttifaqının iqtisadi cəhətdən ən güclü respublikalarından birinə çevrildi. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, ən böyük tikinti layihələri Azərbaycana gətirildi. Ölkəmizdə əlvan metallurgiya, ağır və yüngül sənaye sürətlə inkişaf etməyə başladı. Bütün bunlar Ulu öndər Heydər Əliyevin gərgin əməyi, yorulmaz fəaliyyəti və yeritdiyi düzgün siyasət nəticəsində mümkün oldu”.
Əhəd Abıyev qeyd edib ki, bu gün Azərbaycan dünya siyasətində strateji əhəmiyyəti olan bir ölkədir və ölkəmizin nüfuzu getdikcə artır. İndi Heydər Əliyev siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində çox böyük uğurla davam etdirilir. Bu gün ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib.
Sonra tədbirdə Yeni Azərbaycan Partiyasına qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib, Ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsində qalib gələn şagirdlərə qiymətli hədiyyələr, fəxri fərmanlar veriib.

Paylaş:
Baxılıb: 777 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30