YAP-ın fəaliyyəti milli maraqlara əsaslanır
09.06.2015 [09:50]
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının X konfransı keçirilib
İyunun 6-da Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının X konfransı keçirilib. Konfrans iştirakçıları öncə dünyasını dəyişən YAP Yasamal rayon təşkilatının sədri, mərhum Fikrət İsmayılovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra hesabat məruzəsi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədr əvəzi Tağı Əhmədov deyib ki, müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində inkişaf edib. T.Əhmədovun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin əmanət qoyduğu müstəqil Azərbaycan Onun ölməz ideyalarının işığında ölkə Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Son illərdə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi möhtəşəm uğurlar Ulu öndərin siyasi kursuna sadiqliyin əyani təzahürüdür: “Son 11 ildə əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, hazırda Azərbaycan ən yüksək zirvələri fəth edir, beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilir, bir-birindən əhəmiyyətli uğurları ilə beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirir. Ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi də Azərbaycanın artan nüfuzunun, siyasi çəkisinin göstəricisidir”.
Çıxışına davam edən Tağı Əhmədov diqqətə çatdırıb ki, YAP Azərbaycan xalqı və dövlətinin mürəkkəb vəziyyətlə qarşı-qarşıya olduğu bir şəraitdə xalqın istəyi və çağırışı ilə yaranıb: “Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının milli maraqlara əsaslanan fəaliyyəti sayəsində Azərbaycan əsl müstəqilliyə qovuşdu, ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu, milli inkişafın əsası qoyuldu”.
T.Əhmədov əlavə edib ki, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyətini davam etdirən YAP bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub: “YAP-ın fəaliyyətinin uğurlu nəticələrini göstərən faktlardan biri də budur ki, partiyamız 1993-cü ildən etibarən keçirilən bütün seçkilərdə qələbə qazanıb və özünü ümumxalq partiyası kimi təsdiq edib”.
Tağı Əhmədov daha sonra deyib ki, 26 partiya özəyini təmsil edən 560 nəfər partiya təəssübkeşi ilə 20 fevral 1993-cü ildə təsis edilən YAP Yasamal rayon təşkilatı 2013-cü il may ayının 29-da özünün IX konfransını keçirib: “Onu da deyim ki, IX konfransla X konfrans arasında keçən dövr ərzində Yasamal rayonu üzrə YAP sıralarına 1500-dən çox üzv qəbul olunub. Bir sözlə, əgər rayon təşkilatının IX konfransı 26000 partiya üzvü ilə keçirilmişdirsə, bu gün YAP Yasamal rayon təşkilatının X konfransı 27500-dən artıq partiya üzvü ilə keçirilir”.
Məruzə ətrafında çıxış edən BDU-nun tələbəsi Rəsul Babayev dövlət gənclər siyasəti barədə fikirlərini bildirərək deyib ki, Yeni Azərbaycan Partiyasında da gəncliyin inkişafı üçün bütün imkanlar yaradılıb.
Hesabatı qənaətbəxş qiymətləndirən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyib ki, YAP Yasamal rayon təşkilatı hər zaman müxtəlif ictimai-siyasi proseslərdə fəal rol oynayıb.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı, YAP Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü İbrahim Mehdiyev rayonda həyata keçirilən tədbirlərdən bəhs edərək vurğulayıb ki, bu işlərin görülməsi İcra Hakimiyyəti ilə YAP Yasamal rayon təşkilatının birgə səylərinin nəticəsidir.
BDU-nun rektoru, millət vəkili, YAP İdarə Heyətinin üzvü Abel Məhərrəmov isə qeyd edib ki, xalqa, vətənə, dövlətçiliyə xidmət edən YAP Ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafa töhfələr verir. Onun sözlərinə görə, YAP iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib.
Müzakirələrdən sonra konfrans iştirakçıları YAP Yasamal rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Konfransda çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması ölkəyə tərəqqi gətirib. Konfransın Milli Qurtuluş Günü ərəfəsində keçirildiyini deyən Siyavuş Novruzovun sözlərinə görə, əgər bu Qurtuluş olmasaydı, bu gün Azərbaycanda ilk Avropa Oyunları olmayacaqdı: “Məhz bu Qurtuluşun nəticəsidir ki, bu gün Azərbaycanda ilk Avropa Oyunları keçirilir və Avropanın bir çox ölkələri artıq Azərbaycana üz tutub. Rusiyanın ölkəmizdəki səfiri tədbirlərin birində dedi ki, Rusiyada qış Olimpiya Oyunları üçün 7 il vaxt verilmişdi. Amma Azərbaycana 2 il 6 ay müddətinə vaxt verilmişdi. Rusiyadakı Oyunlara 3 min idmançı gəlmişdi. Amma Azərbaycana 6 min idmançı gəlir. Bu da Azərbaycanın qüdrətindən xəbər verir. Azərbaycanın apardığı işin nəticəsində Avropanın hər bir ölkəsindən idmançılar bu Oyunlarda iştirak etmək üçün üz tutublar. Bu, Heydər Əliyev siyasi xəttinin genişşaxəli davamıdır və Prezident İlham Əliyev tərəfindən aparılan cəsarətli və müstəqil siyasətin nəticəsidir”.
Yaxın günlərdə ölkəmizdə ilk Avropa Oyunlarının başlayacağını deyən YAP İcra katibinin müavini belə bir zamanda müəyyən qüvvələrin Azərbaycana qarşı kampaniyalar apardığını da bildirib. O, YAP üzvlərini bu məsələlərdə ayıq-sayıq olmağa, möhtəşəm idman tədbirində fəallıq göstərməyə çağırıb.
Siyavuş Novruzov onu da deyib ki, respublikanın tərəqqisində müstəsna xidmətlər göstərmiş Yeni Azərbaycan Partiyasının inkişaf təməlində partiyanın rayon təşkilatlarının özünəməxsus rolu var: “Bu mənada YAP Yasamal rayon təşkilatını xüsusi olaraq vurğulamaq lazımdır. Çünki YAP-ın yaranma tarixinin başlanğıc nöqtələrindən biri də Yasamal rayonuna təsadüf edir. 1992-ci il noyabrın 21-də YAP yarandıqdan sonra bizim mərkəzi qərargah da Yasamal rayonunun ərazisində yerləşirdi. Belə ki, partiya təsis olunduqdan sonra əsas təşkilatlanma məhz Yasamal rayonunda başlayıb. Onu da qeyd edim ki, partiyanın şərəfli tarixində Yasamal rayon ərazisindəki Bakı Dövlət Universitetinin ayrıca səhifəsi var. Çünki ilk sosial elektoratın formalaşmasında BDU özəlliyi ilə seçilib və bu gün də seçilməkdədir. O cümlədən rayon ərazisində fəaliyyət göstərən dövlət qurumları, ali təhsil ocaqları, səhiyyə müəssisələri də həmin vaxtlar olduğu kimi indi də YAP sıralarında əzmlə irəliləməkdədirlər. Bir sözlə, YAP Yasamal rayon təşkilatının fəaliyyəti çox geniş olub və heç də təsadüfi deyil ki, bu gün 27 min Azərbaycan vətəndaşı bu rayon təşkilatında partiyanın sıralarındadır. Onu da qeyd edim ki, bütövlükdə Azərbaycan müxalifətinin üzvlərinin sayı YAP Yasamal rayon təşkilatının üzvlərinin sayı qədər deyil. Yəni onların hamısının birlikdə 27 min üzvü yoxdur. O baxımdan da YAP Yasamal rayon təşkilatı böyük bir təşkilatdı və hesab edirəm ki, gələcək tərkib də bu təşkilatın daha da genişlənməsinə xidmət edəcək. Mən hər bir YAP üzvünə bu qələbə və zəfər yolunda uğurlar, yeni seçiləcək sədrə və heyətə isə müvəffəqiyyətlər arzu edirəm”.
Daha sonra təşkilati məsələlərə baxılıb. Tağı Əhmədov YAP Yasamal rayon təşkilatının sədri seçilib. Eyni zamanda, İbrahim Mehdiyev, Qərib Məmmədov, Bəxtiyar Nəbiyev, İbad Abbasov, Rasim Nəbiyev və Telman İbadov sədr müavinləri, həmçinin, 89 nəfər Şura üzvü, 33 nəfər İdarə Heyətinə üzv seçilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

