YAP Şabran rayon təşkilatında parlament seçkilərinə hazırlıq davam edir
29.08.2015 [11:04]
Rayon təşkilatının Seçki Qərargahının üzvləri arasında iş bölgüsü aparılıb və geniş tədbirlər planı hazırlanıb
Noyabrın 1-də keçiriləcək növbəti parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları partiyanın İcra Katibliyi tərəfindən tərtib olunmuş plana və partiya rəhbərliyinin tövsiyələrinə uyğun olaraq öz işini uğurla davam etdirir. Məlum olduğu kimi, YAP-ın şəhər və rayon təşkilatlarında seçki qərargahları yaradılıb və iş bölgüsü müəyyənləşdirilib. YAP-ın Şabran rayon təşkilatının Seçki Qərargahı da seçkilərə hazırlığı davam etdirir. Bu haqda qəzetimizə açıqlama verən YAP Şabran rayon təşkilatının və rayon təşkilatının Seçki Qərargahının sədri Mehdi Balabəyov deyib ki, rayon ərazisində 54 saylı Şabran-Siyəzən Dairə Seçki Komissiyası üzrə 46 məntəqə fəaliyyət göstərir. O, həmçinin, Şabran rayonu üzrə 28851 nəfər seçicinin olduğunu da vurğulayıb.
Yeri gəlmişkən, bu günlərdə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının Seçki Qərargahının iclası keçirilib. İclasda çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov rayonda qarşıdan gələn parlament seçkilərinə hazırlığın yüksək səviyyədə aparıldığını bildirib.
Qeyd olunub ki, YAP Şabran rayon təşkilatının 11 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Tədbirdə, həmçinin, parlament seçkiləri ilə bağlı görüləcək işlər müzakirə edilərək qərargah üzvləri arasında iş bölgüsü də aparılıb.
Öz növbəsində, Seçki Qərargahının gənc üzvü Seymur Qədəşov ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir prosesdə iştirak etdiklərinə görə qürur hissi keçirdiyini söyləyib. O, noyabr ayında baş tutacaq parlament seçkilərində də gənclərin öndə olacaqlarını bildirib: “Bu gün inamla demək mümkündür ki, rayonumuz parlament seçkilərinə böyük coşqu və həvəslə gedir. Bu seçkilərdə də seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə öz etimadlarını məhz seçki günündə bir daha nümayiş etdirəcəklər”.
Seçki Qərargahının daha bir gənc üzvü Rahib Mərdanov isə bildirib ki, şabranlılar bu seçkilərdə də xüsusi fəallıq nümayiş etdirəcəklər: “Bu gün Azərbaycanın seçkilərlə bağlı qazandığı müsbət təcrübə həm daxili, həm də xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Çünki Azərbaycan demokratik, dünyəvi dövlətdir və dövlətimizin qazandığı gözəl ənənələri, yüksək seçki mədəniyyətini Milli Məclisə seçkilərdə də nümayiş etdirəcəyik. Eyni zamanda, qərargah üzvləri olaraq bu istiqamətdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44

